Maliyyə Nazirliyi 157 nəzarət obyektində pozuntular aşkarlayıb Maliyyə xəbərləri 21/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Dövlət maliyyə nəzarəti tədbirləri zamanı pozuntular müəyyən edilib. Bu barədə maliyyə naziri Sahil Babayev Nazirlikdə keçirilən Kollegiya iclasında bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata görə, 2025-ci il və 2026-cı ilin ilk rübündə 157 nəzarət obyektində aparılan yoxlamalar zamanı maliyyə pozuntuları aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması, artıq vəsaitlərin bərpası və vergidən yayınmış məbləğlərin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bildirilib ki, eyni zamanda ilkin maliyyə nəzarəti tədbirləri ilə artıq xərcləmələrin qarşısı alınıb, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində inzibati və intizam tədbirləri görülüb, bəzi hallarda materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub. İclasda qeyd olunub ki, maliyyə nəzarətinin effektivliyinin artırılması məqsədilə risk əsaslı yanaşma və rəqəmsal sistemlərin tətbiqi genişləndirilir. MənbəAPA TaglarAzərbaycan Maliyyə NazirliyiSahil Babayev Son xəbərlər Ölkə daxili NATO Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək 21/04/2026 İdman Hesablama Palatası: İdman komplekslərində 15 milyon manat səmərəsiz idarə olunub 21/04/2026 Aqrarbiznes Kənd təsərrüfatına hər manat subsidiya üzrə istehsal aşağı düşüb 21/04/2026 Ölkə daxili Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfərə gəlib 21/04/2026 Digər xəbərlər Ölkə daxili NATO Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək 21/04/2026 İdman Hesablama Palatası: İdman komplekslərində 15 milyon manat səmərəsiz idarə olunub 21/04/2026 Aqrarbiznes Kənd təsərrüfatına hər manat subsidiya üzrə istehsal aşağı düşüb 21/04/2026 Ölkə daxili Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfərə gəlib 21/04/2026