Bu il Qazaxıstan "Drujba" neft kəməri ilə Almaniyaya 3 milyon tona yaxın neft tədarük etməyi planlaşdırır. "Report" Qazaxıstan mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ölkənin energetika naziri Yerlan Akkenjenov bildirib. Bununla yanaşı, o vurğulayıb ki, mayda bu istiqamətdə tədarük planlaşdırılmır. Nazirin sözlərinə görə, 2025-ci ildə Almaniyaya 2,1 milyon ton neft tədarük edilib. Qazaxıstan ötən ilin I rübü ilə müqayisədə bu ilin müvafiq dövründə Almaniyaya neft ixracını iki dəfə artıraraq 730 min tona çatdırıb. Qazaxıstan Almaniyaya 2023-cü ildən neft ixrac edir.