İmişli rayonunda canavarlar kəndə hücum ediblər. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Muradxanlı kəndində baş verib. Kənddə fərdi təsərrüfata sürü halında hücum edən canavarlar 2 baş qoyunu parçalayıb, 1-ni isə yaralayıblar. Kənd sakinlərinin sözlərinə görə, bu cür hal kənddə ilk dəfədir, olur.