“İD-Agropark” şirkətinin yığılmış zərəri 20 milyon manatı ötüb Yerli biznes xəbərləri 22/04/2026 Paylaş FacebookXWhatsAppTelegram “İD-Agropark” MMC 2024-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatını açıqlayıb. Banker.az xəbər verir ki, əsas fəaliyyət gəlirləri 14% artaraq 1.5 milyon manata çatsa da, yüksək maya dəyəri və inzibati xərclər səbəbindən il 2.3 milyon manat xalis zərər ilə bağlanıb. 2023-cü ildə isə MMC-nin zərəri 3.6 milyon manat olub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Yığılmış zərər ötən illə müqayisədə 13% artaraq 20.1 milyon manata çatıb. Şirkətin xalis kapitalı mənfi 20.09 milyon manat təşkil edib. Şirkətin cəmi aktivləri bir il ərzində 13.1 milyon manatdan 14.04 milyon manata qədər (təxminən 7%) artıb. Bunun da əsas hissəsini 9.6 milyon manatlıq uzunmüddətli aktivlər və 4.5 milyon manatlıq cari aktivlər (pul vəsaitləri, mal-material ehtiyatları və debitor borcları) formalaşdırır. 2023-cü ildə 30.9 milyon manat olan cəmi öhdəliklər 2024-cü ildə 34.1 milyon manata yüksəlib ki, bu da 10.3%-lik artım deməkdir. Taglar2024-cü il maliyyə hesabatıİD-Agropark Son xəbərlər İnvestisiya Honkonq birjasının indeksləri ABŞ və İran arasında razılaşmanın olmaması fonunda geriləyib 22/04/2026 Məqalələr Hörmüz böhranı: qlobal enerji bazarı İrandakı müharibə səbəbindən bir milyard barel neft itirəcək 22/04/2026 İnvestisiya “Goldman Sachs” 2026-cı il üçün mis bazarı üzrə proqnozunu dəyişməz saxlayıb 22/04/2026 Bank xəbərləri “Kapital Bank” 2025-ci ilin nəticələrinə görə səhmdarlarına dividend verəcək 22/04/2026 Digər xəbərlər İnvestisiya Honkonq birjasının indeksləri ABŞ və İran arasında razılaşmanın olmaması fonunda geriləyib 22/04/2026 Məqalələr Hörmüz böhranı: qlobal enerji bazarı İrandakı müharibə səbəbindən bir milyard barel neft itirəcək 22/04/2026 İnvestisiya “Goldman Sachs” 2026-cı il üçün mis bazarı üzrə proqnozunu dəyişməz saxlayıb 22/04/2026 Bank xəbərləri “Kapital Bank” 2025-ci ilin nəticələrinə görə səhmdarlarına dividend verəcək 22/04/2026