Yaponiyanın elektronika riteyleri “Nojima” “Hitachi”ni $690,6 milyona alır Xarici biznes xəbərləri 22/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Yaponiyanın elektronika riteyleri “Nojima” “Hitachi”nin məişət texnikası istehsalı biznesini 110 milyard yenə (690,6 milyon dollar) almaq barədə razılıq əldə etdiyini açıqlayıb. Bu barədə “Yomiuri” qəzeti məlumat verib. Qeyd olunur ki, brend olduğu kimi qalacaq və məhsullar yalnız Nojima şəbəkəsində deyil, digər mağazalarda da satılmağa davam edəcək. Sövdələşmə “Nojima”nın öz ticarət markası altında məhsul xəttini inkişaf etdirmək niyyəti ilə bağlıdır. “Hitachi” üçün isə bu satış resursları İT xidmətləri və energetika sahələrinə yönəltmək məqsədilə qeyri-əsas aktivlərdən imtina strategiyasının bir hissəsidir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata görə, satıcı tərəfin törəmə şirkəti “Hitachi Global Life Solution”s (GLS) texnika istehsalını ayrıca strukturda ayıracaq. “Nojima” 2026-cı maliyyə ilində bu şirkətin 80,1% səhmini əldə edəcək. Bundan əlavə, “Nojima” “Hitachi”nin məişət texnikasının satışına dair xarici bölmələrini də geri almağı planlaşdırır. Bu bölmələr 2021-ci ildə Türkiyənin “Arçelik” istehsalçısına satılmışdı. Türkiyənin “Ekonomi Gazetesi”nin məlumatına görə, “Arçelik” “Hitachi Global Life Solutions” ilə səhmlərin geri alınması barədə razılaşma imzalayıb. TaglarHitachiNojima Son xəbərlər Yerli biznes xəbərləri “İD-Agropark” şirkətinin yığılmış zərəri 20 milyon manatı ötüb 22/04/2026 İnvestisiya Honkonq birjasının indeksləri ABŞ və İran arasında razılaşmanın olmaması fonunda geriləyib 22/04/2026 Məqalələr Hörmüz böhranı: qlobal enerji bazarı İrandakı müharibə səbəbindən bir milyard barel neft itirəcək 22/04/2026 İnvestisiya “Goldman Sachs” 2026-cı il üçün mis bazarı üzrə proqnozunu dəyişməz saxlayıb 22/04/2026 Digər xəbərlər Yerli biznes xəbərləri “İD-Agropark” şirkətinin yığılmış zərəri 20 milyon manatı ötüb 22/04/2026 İnvestisiya Honkonq birjasının indeksləri ABŞ və İran arasında razılaşmanın olmaması fonunda geriləyib 22/04/2026 Məqalələr Hörmüz böhranı: qlobal enerji bazarı İrandakı müharibə səbəbindən bir milyard barel neft itirəcək 22/04/2026 İnvestisiya “Goldman Sachs” 2026-cı il üçün mis bazarı üzrə proqnozunu dəyişməz saxlayıb 22/04/2026