“Revolut” $200 milyarda qədər qiymətləndirmə ilə IPO-ya çıxış imkanlarını müzakirə edir FinTexİnvestisiya 22/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Böyük Britaniyanın fintex şirkəti “Revolut” gələcək birja çıxışı zamanı dəyərini 150–200 milyard dollar səviyyəsinə çatdırmağı planlaşdırır. Bu barədə şirkətin planları ilə tanış olan investorlara istinadən “Financial Times” məlumat yayıb. Qəzetin qeydinə görə, əgər “Revolut” bu ssenarini reallaşdıra bilsə, onun təsisçisi Nik Storonski dünyanın ən varlı insanlarından birinə çevrilə bilər.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata əsasən, rəsmi hədəf hələ təsdiqlənməsə də, bank rəhbərliyi artıq bu rəqəmləri investorlarla müzakirə edir, IPO-nun isə ən tez 2028-ci ildə baş tutacağı gözlənilir. 2025-ci ilin noyabrında şirkətin dəyəri 75 milyard dollar təşkil edib ki, bu da 2024-cü illə müqayisədə (45 milyard dollar) demək olar iki dəfə çoxdur. Artımın əsas amillərindən biri Böyük Britaniyada tam bank lisenziyasının əldə edilməsi olub ki, bu da depozitlərin birbaşa qəbuluna və kreditlərin verilməsinə imkan yaradır. Yaxın zamanda şirkət həmçinin ikinci dərəcəli səhm satışı hazırlayır ki, bu da “Revolut”u 100 milyard dollardan yuxarı qiymətləndirə bilər. TaglaripoRevolut Son xəbərlər Yerli biznes xəbərləri “İD-Agropark” şirkətinin yığılmış zərəri 20 milyon manatı ötüb 22/04/2026 İnvestisiya Honkonq birjasının indeksləri ABŞ və İran arasında razılaşmanın olmaması fonunda geriləyib 22/04/2026 Məqalələr Hörmüz böhranı: qlobal enerji bazarı İrandakı müharibə səbəbindən bir milyard barel neft itirəcək 22/04/2026 İnvestisiya “Goldman Sachs” 2026-cı il üçün mis bazarı üzrə proqnozunu dəyişməz saxlayıb 22/04/2026 Digər xəbərlər Yerli biznes xəbərləri “İD-Agropark” şirkətinin yığılmış zərəri 20 milyon manatı ötüb 22/04/2026 İnvestisiya Honkonq birjasının indeksləri ABŞ və İran arasında razılaşmanın olmaması fonunda geriləyib 22/04/2026 Məqalələr Hörmüz böhranı: qlobal enerji bazarı İrandakı müharibə səbəbindən bir milyard barel neft itirəcək 22/04/2026 İnvestisiya “Goldman Sachs” 2026-cı il üçün mis bazarı üzrə proqnozunu dəyişməz saxlayıb 22/04/2026