Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparır Ölkə daxili 22/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparır. Hesablama Palatasının müraciəti əsasında Gəncə İcra Hakimiyyətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırmaya başlanıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd edək ki, Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı audit zamanı tikinti və təmir layihələri üzrə ciddi maliyyə pozuntuları aşkarlanıb. Audit 2023–2025-ci illəri əhatə edib və 192 milyon manat vəsait yoxlanılıb. Məlumata görə, “Gəncə İdman sarayının tikintisi” layihəsində işlərin dəyəri 9,52 milyon manat artırılıb. 249 mənzilli yaşayış binası üzrə isə 1,28 milyon manat artıq ödəniş müəyyən olunub. Bundan əlavə, mənzil fondunun təmiri, yolların əsaslı təmiri və abadlıq işlərində də yüz minlərlə manat artıq vəsait ödənildiyi bildirilib. Hesablama Palatası qeyd edib ki, artıq ödənilmiş vəsaitlərin bir hissəsi dövlət büdcəsinə qaytarılıb, bəzi hallar üzrə isə məhkəmə prosesi davam edir. MənbəAPA TaglarBaş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsiGəncə şəhər İcra HakimiyyətiHesablama Palatasımaliyyə pozuntuları Son xəbərlər Ölkə daxili Bitkiçilik subsidiyalarında ciddi pozuntular – milyonluq ödənişlər araşdırılır 22/04/2026 Ölkə daxili Ali Məhkəmə: Müharibə əlillərinə mənzil yalnız bir dəfə veriləcək 22/04/2026 Yerli biznes xəbərləri “İD-Agropark” şirkətinin yığılmış zərəri 20 milyon manatı ötüb 22/04/2026 İnvestisiya Honkonq birjasının indeksləri ABŞ və İran arasında razılaşmanın olmaması fonunda geriləyib 22/04/2026 Digər xəbərlər Ölkə daxili Bitkiçilik subsidiyalarında ciddi pozuntular – milyonluq ödənişlər araşdırılır 22/04/2026 Ölkə daxili Ali Məhkəmə: Müharibə əlillərinə mənzil yalnız bir dəfə veriləcək 22/04/2026 Yerli biznes xəbərləri “İD-Agropark” şirkətinin yığılmış zərəri 20 milyon manatı ötüb 22/04/2026 İnvestisiya Honkonq birjasının indeksləri ABŞ və İran arasında razılaşmanın olmaması fonunda geriləyib 22/04/2026