Əhali depozitlərini ən çox hansı banklarda yerləşdirir? – RENKİNQ (01.04.2026) Bank xəbərləri 22/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan 2026-cı ilin 1 aprel tarixinə əhalinin banklardakı əmanətlərinin ümumi həcmi 16 milyard 587.4 milyon manata çatıb. “Banker.az”ın bank maliyyə hesabatlarına əsaslanan ilkin hesablamalarına görə, bu, illik müqayisədə 13.6% artım deməkdir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Banklar üzrə ən yüksək depozit həcmi ABB-də qeydə alınıb. Belə ki, bankda fiziki şəxslərin depozitləri 3 milyard 562.3 milyon manat təşkil edib və bu göstərici illik müqayisədə 31% artıb. İkinci yerdə “Kapital Bank” ASC qərarlaşıb və onun depozit portfeli 3 milyard 315.3 milyon manata yüksəlib (illik 5.1% artım). “PAŞA Bank” ASC isə 1 milyard 908 milyon manatla üçüncü olub. “Unibank” və “Yelo Bank” da müvafiq olaraq 1 milyard 98.7 milyon manat və 914.6 milyon manat depozit həcmi ilə növbəti pillələrdə yer alıblar. Eyni dövrdə sektorun əsas hissəsini təşkil edən ilk beş bankın bazar payı yüksək olaraq qalır. Belə ki, ABB, “Kapital Bank”, “PAŞA Bank”, “Unibank” və “Yelo Bank” daxil olmaqla TOP 5 bankın fiziki şəxslər üzrə depozit portfeli 10 milyard 798.9 milyon manat olub. Bu isə ümumi bazarın 65.1%-ni təşkil edir. Taglarbankların renkinqi Son xəbərlər Bank xəbərləri Birbank mobil tətbiqinə SİMA gəlir 22/04/2026 Kripto valyutalar Kriptomilyarder Castin San World Liberty-yə qarşı iddia qaldırdı – “tokenlərim donduruldu” 22/04/2026 FinTex Mərkəzi Bank elektron pul təşkilatını 50 min, vəzifəli şəxsini 10 min manat cərimələdi 22/04/2026 Ölkə daxili Dövlət Gömrük Komitəsində maliyyə uçotu və ödənişlərdə ciddi nöqsanlar aşkarlanıb 22/04/2026 Digər xəbərlər Bank xəbərləri Birbank mobil tətbiqinə SİMA gəlir 22/04/2026 Kripto valyutalar Kriptomilyarder Castin San World Liberty-yə qarşı iddia qaldırdı – “tokenlərim donduruldu” 22/04/2026 FinTex Mərkəzi Bank elektron pul təşkilatını 50 min, vəzifəli şəxsini 10 min manat cərimələdi 22/04/2026 Ölkə daxili Dövlət Gömrük Komitəsində maliyyə uçotu və ödənişlərdə ciddi nöqsanlar aşkarlanıb 22/04/2026