Kapital Bank 7 milyon manatdan çox oğurluğun qarşısını alıb Bank xəbərləri 22/04/2026 Paylaş FacebookXWhatsAppTelegram 2025-ci ildə “Kapital Bank” ASC müştərilərinin 7 milyon 22 min 165 manat vəsaitinin oğurlanmasının qarşısını alıb. Banker xəbər verir ki, bunu Bankın Baş risk inzibatçısı Ağarza Baxşiyev bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, oğurluğun qarşısını almaq üçün 1 milyon 2 min 873 kart əməliyyatı və 31 min 353 kart hesabı bloklanıb. Bank rəsmisi əlavə edib ki, 2024-cü illə müqayisədə rəqəmsal fırıldaqçılıq üzrə hücum cəhdlərinin sayı artıb: “Xüsusilə sosial mühəndislik üsulları ilə müştərilərin manipulyasiya edilməsi və vəsaitlərin mənimsənilməsinə yönələn cəhdlər daha intensiv xarakter alıb. Adımızdan saxta reklam, elan, lotereya xarakterli kampaniya həyata keçirdiyini iddia edən 1 000-dən çox veb-sayt, sosial media səhifəsi bloklanıb”. A.Baxşıyev əlavə edib ki, ötən il “Kapital Bank” özünə məxsus “Birbank” mobil tətbiqində bir sıra yeniliklər edib və bunun hesabına 10 000 nəfərdən çox insan dələduzları ifşa edərək öz vəsaitini qoruyub: “Biz müştərilərimizə zəng edən şəxsin bank əməkdaşı olub olmadığını yoxlamaq imkanı verdik. Yəni, zəng edən həqiqən bank əməkdaşıdırsa mobil tətbiqdə bunu təsdiq edən bildiriş olur. Bank əməkdaşı olmayan şəxs isə bu bildirişi göndərə bilmir. Bunda başqa, ötən il 40 000-dən çox istifadəçinin cihazında virus olduğu üçün onların mobil tətbiqini bloklamışıq, bununla da minlərlə vətəndaşın potensial dələduzluq riski ilə üzləşməsinin qarşısını almışıq”. Son xəbərlər Bank xəbərləri Birbank mobil tətbiqinə SİMA gəlir 22/04/2026 Kripto valyutalar Kriptomilyarder Castin San World Liberty-yə qarşı iddia qaldırdı – “tokenlərim donduruldu” 22/04/2026 FinTex Mərkəzi Bank elektron pul təşkilatını 50 min, vəzifəli şəxsini 10 min manat cərimələdi 22/04/2026 Ölkə daxili Dövlət Gömrük Komitəsində maliyyə uçotu və ödənişlərdə ciddi nöqsanlar aşkarlanıb 22/04/2026 Digər xəbərlər Bank xəbərləri Birbank mobil tətbiqinə SİMA gəlir 22/04/2026 Kripto valyutalar Kriptomilyarder Castin San World Liberty-yə qarşı iddia qaldırdı – “tokenlərim donduruldu” 22/04/2026 FinTex Mərkəzi Bank elektron pul təşkilatını 50 min, vəzifəli şəxsini 10 min manat cərimələdi 22/04/2026 Ölkə daxili Dövlət Gömrük Komitəsində maliyyə uçotu və ödənişlərdə ciddi nöqsanlar aşkarlanıb 22/04/2026