Kriptomilyarder Castin San World Liberty-yə qarşı iddia qaldırdı – “tokenlərim donduruldu” Kripto valyutalar 22/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Kriptomilyarder Castin San, World Liberty Financial layihəsinə qarşı məhkəmə iddiası qaldırıb. O, şirkəti hədə-qorxu ilə pul tələb etməkdə və WLFI tokenlərini ələ keçirməyə yönəlmiş “qanunsuz sxem”də ittiham edir Bu barədə Bloomberg yazır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə İddiaya görə, 2024 və 2025-ci illərdə Castin San layihənin 3 mlrd. WLFI tokenini almaq üçün ümumilikdə 45 mln. dollar investisiya edib. Bundan əlavə, o, layihəyə məsləhət dəstəyi göstərdiyinə görə daha 1 mlrd. WLFI tokeni əldə edib. Castin San bildirir ki, World Liberty onun tokenlərini dondurub, onları yandırmaq və köçürmələri məhdudlaşdırmaq imkanı əldə edib. Həmçinin, onun sözlərinə görə, şirkət onu öz stabilkoininə investisiya qoymağa və layihəni təşviq etməyə məcbur etməyə çalışıb. O, yüz milyonlarla dollar zərər gördüyünü, aktivlərinin yandırılması ilə hədələndiyini və hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi ilə şantaj edildiyini iddia edir. Castin San həmçinin layihənin maliyyə çətinlikləri yaşadığını qeyd edir. İddiada tokenlərin blokdan çıxarılması, kompensasiya ödənilməsi və World Liberty tərəfindən onların istifadəsi və ya məhv edilməsinə qadağa qoyulması tələb olunur. Son xəbərlər Bank xəbərləri Kapital Bank 7 milyon manatdan çox oğurluğun qarşısını alıb 22/04/2026 Bank xəbərləri Birbank mobil tətbiqinə SİMA gəlir 22/04/2026 FinTex Mərkəzi Bank elektron pul təşkilatını 50 min, vəzifəli şəxsini 10 min manat cərimələdi 22/04/2026 Ölkə daxili Dövlət Gömrük Komitəsində maliyyə uçotu və ödənişlərdə ciddi nöqsanlar aşkarlanıb 22/04/2026 Digər xəbərlər Bank xəbərləri Kapital Bank 7 milyon manatdan çox oğurluğun qarşısını alıb 22/04/2026 Bank xəbərləri Birbank mobil tətbiqinə SİMA gəlir 22/04/2026 FinTex Mərkəzi Bank elektron pul təşkilatını 50 min, vəzifəli şəxsini 10 min manat cərimələdi 22/04/2026 Ölkə daxili Dövlət Gömrük Komitəsində maliyyə uçotu və ödənişlərdə ciddi nöqsanlar aşkarlanıb 22/04/2026