Ləğv prosesində olan "AtaSığorta" ASC-nin aktivləri onun öhdəliklərini qarşılamağa imkan verir. Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib. "Aparılmış hesablamalara əsasən sığorta müqavilələri portfeli "Atəşgah Sığorta" ASC-yə ötürüldükdən sonra mövcud aktivlər öhdəlikləri qarşılamağa kifayət edəcək", - deyə məlumatda qeyd olunub. Xatırladaq ki, AMB "Atasığorta"nın lisenziyasını ötən həftə ləğv edib.