Dövlət borcu 2026-cı ilin I rübündə azalıb Ümumi iqtisadi xəbərlər 22/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda 2026-cı ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2 milyard 457,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub. Banker.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, operativ məlumatlara əsasən cari ilin I rübündə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili borc üzrə 132,5 milyon manat (faiz borcu üzrə), xarici borc üzrə 391,7 milyon manat olmaqla (əsas borc üzrə 269,5 milyon manat, faiz borcu üzrə 122,2 milyon manat), ümumilikdə 524,2 milyon manatın ödənilməsi təmin edilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2026-cı il 1 aprel tarixinə xarici dövlət borcunun səviyyəsi 4 milyard 689,3 milyon ABŞ dolları təşkil edib. 2026-cı il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 813,5 milyon ABŞ dolları idi. Operativ məlumatlara əsasən, 2026-cı il 1 aprel tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,1 faizini təşkil edir. Öncəki rübdə isə Bu göstərici 2025-ci il üzrə faktiki ÜDM-in 6,3 faizinə bərabər olub. Son xəbərlər Ölkə daxili “Yeni Klinika”nın direktoru vəzifəsindən azad edildi 22/04/2026 Energetika “Şəfəq” layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb 22/04/2026 Ümumi iqtisadi xəbərlər DSMF Mərkəzi Filial üçün 2 milyon manata yeni ofis sahəsi icarəyə götürür 22/04/2026 Bank xəbərləri Expressbankdan yaşıl addımlar 22/04/2026 Digər xəbərlər Ölkə daxili “Yeni Klinika”nın direktoru vəzifəsindən azad edildi 22/04/2026 Energetika “Şəfəq” layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb 22/04/2026 Ümumi iqtisadi xəbərlər DSMF Mərkəzi Filial üçün 2 milyon manata yeni ofis sahəsi icarəyə götürür 22/04/2026 Bank xəbərləri Expressbankdan yaşıl addımlar 22/04/2026