Bu ilin I rübündə Azərbaycanda ehtiyat fondlarından 6,8 milyon manat vəsait ayrılıb. "Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,05 % azdır. Hesabat dövründə ölkə Prezidentinin ehtiyat fondundan 5,9 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 0,9 milyon manat ayrılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 13,2 % və 43,75 % azdır.