Klinik Tibbi Mərkəzin direktoru vəzifədən azad edilib Menecement (təyinatlar) 22/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Klinik Tibbi Mərkəzin (KTM) direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib. Banker.az xəbər verir ki, bu barədə məlumatı o özü təsdiqləyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə K.Ələkbərov bildirib ki, bu gün TƏBİB-ə dəvət olunaraq ərizəsi alınıb. Həkim bundan sonra pedaqoji fəaliyyətlə məşğul olmaq istədiyini deyib: “Əməkdar həkiməm. Azərbaycan Tibb Universitetində tədris olunan “Təcili tibb” kitabının müəllifiyəm. Ola bilər ki, universitetdə müəllim işləyim. Yaxud hansısa özəl xəstəxanada həkim kimi fəaliyyət göstərim”. Qeyd edək ki, K.Ələkbərov ixtisasca anestezioloq-reanimatoloqdur. O, 2017-ci ildə icbari tibbi sığorta ilə bağlı Mingəçevirdə həyata keçirilən pilot layihənin, daha sonra isə işçi qrupunun rəhbəri olub. 2021-ci ildən etibarən isə Klinik Tibbi Mərkəzin direktoru vəzifəsində çalışırdı. Xatırladaq ki, “Yeni Klinika”nın direktoru Barat Yusubov bu gün vəzifəsindən azad olunub. MənbəBakupost.az TaglarKlinik Tibbi Mərkəz Son xəbərlər Ölkə daxili Prezident : Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülh var 22/04/2026 Maliyyə xəbərləri Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb 22/04/2026 Ölkə daxili “Yeni Klinika”nın direktoru vəzifəsindən azad edildi 22/04/2026 Energetika “Şəfəq” layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb 22/04/2026 Digər xəbərlər Ölkə daxili Prezident : Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülh var 22/04/2026 Maliyyə xəbərləri Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb 22/04/2026 Ölkə daxili “Yeni Klinika”nın direktoru vəzifəsindən azad edildi 22/04/2026 Energetika “Şəfəq” layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb 22/04/2026