Aİ-də miqrantların sayı rekord 64,2 milyona çatıb Ölkə xarici 22/04/2026 Paylaş FacebookXWhatsAppTelegram 2025-ci ildə Avropa İttifaqı ölkələrində 64,2 milyon miqrant yaşayıb. Bu barədə Miqrasiya Araşdırmaları və Analiz Mərkəzinin (CReAM) “Rockwool Foundation” Berlin xeyriyyə təşkilatı ilə birgə hazırladığı hesabatda deyilir. Göstərici əvvəlki illə müqayisədə 2,1 milyon nəfər artaraq rekord səviyyəyə çatıb. Halbuki 2010-cu ildə Aİ-də təxminən 40 milyon miqrant var idi. Hesabata görə, ən çox miqrantın yaşadığı ölkə Almaniya olaraq qalır — burada onların sayı təxminən 18 milyondur. Fransada və İspaniyada bu göstərici müvafiq olaraq 9,6 milyon və 9,5 milyona yüksəlib. Eyni zamanda, böyük Avropa ölkələri arasında ən yüksək miqrant axını məhz İspaniyada qeydə alınıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Ümumi əhali ilə müqayisədə miqrantların payı ən yüksək olan ölkə Lüksemburqdur — 51,2%. Ondan xeyli geri qalaraq İtaliya, Malta və Kipr gəlir, burada bu göstərici müvafiq olaraq 33%, 32% və 27,6% təşkil edir. Ən aşağı pay isə Polşada qeydə alınıb — 2,6%. TaglarAİmiqrasiya Son xəbərlər Bank xəbərləri “Xalq Bank”ın idarə rəsilərindən biri vəzifəsindən ayrılıb 22/04/2026 Lizinq Azərbaycan qanunvericiliyindən “lizinq” anlayışı çıxarılır 22/04/2026 Maliyyə xəbərləri “Maliyyə icarəsi haqqında” qanun layihəsi hazırlanıb 22/04/2026 Ölkə xarici Avropa Komissiyası İran müharibəsi fonunda əlavə enerji xərclərini €24 mlrd. olaraq qiymətləndirib 22/04/2026 Digər xəbərlər Bank xəbərləri “Xalq Bank”ın idarə rəsilərindən biri vəzifəsindən ayrılıb 22/04/2026 Lizinq Azərbaycan qanunvericiliyindən “lizinq” anlayışı çıxarılır 22/04/2026 Maliyyə xəbərləri “Maliyyə icarəsi haqqında” qanun layihəsi hazırlanıb 22/04/2026 Ölkə xarici Avropa Komissiyası İran müharibəsi fonunda əlavə enerji xərclərini €24 mlrd. olaraq qiymətləndirib 22/04/2026