Reuters: Aİ Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul etməyə hazırlaşır Ölkə xarici 22/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Avropa İttifaqı səfirləri Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul etməyə hazırdır. Bu barədə Avropa diplomatlarına istinadən Reuters” məlumat yayıb. Onların sözlərinə görə, Aİ “Drujba” neft kəməri ilə tədarüklərin bərpası ərəfəsində Macarıstan və Slovakiyanın razılığını gözləyir. Rusiya neftinin “Drujba” vasitəsilə tranziti yanvarda dayandırılmışdı. Ukrayna hakimiyyəti bunu pilotsuz uçuş aparatının zərbəsi nəticəsində kəmərin zədələnməsi ilə izah etmişdi. Aprelin 21-də Ukrayna prezidenti Volodimir Zelenski zədələnmiş hissədə təmir işlərinin başa çatdığını bildirib. “Reuters”in mənbəsinə görə, Ukrayna neft nəqlini aprelin 22-də bərpa etməlidir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Slovakiyanın xarici işlər naziri Yuray Blanar bildirib ki, ölkə neft kəmərinin işləməsinə dair zəmanət almadan Aİ-nin 20-ci sanksiya paketini bloklayacaq. Tədarüklərin bərpası həmçinin Ukraynaya 90 milyard avro həcmində kredit ayrılması üçün imkan yaradacaq. Macarıstanın Baş naziri Viktor Orban isə vəd edib ki, “Drujba” üzrə tədarüklər bərpa olunduqdan sonra ölkə bu vəsaitin ayrılmasına mane olmayacaq. TaglarAİRusiyasanksiya Son xəbərlər Maliyyə xəbərləri Azərbaycanda fiziki şəxslər maliyyə icarəsi xidməti göstərə bilməyəcək 22/04/2026 Elman Sadıqov “Subsidiyalarla bağlı birtərəfli təhlillər yanlış nəticələr doğura bilər” 22/04/2026 Ölkə xarici Aİ Kiyevə €90 milyardın ayrılmasını təsdiqləyib 22/04/2026 Ölkə xarici Peter Madyar mayın 9-da Macarıstanın Baş naziri təyin ediləcək 22/04/2026 Digər xəbərlər Maliyyə xəbərləri Azərbaycanda fiziki şəxslər maliyyə icarəsi xidməti göstərə bilməyəcək 22/04/2026 Elman Sadıqov “Subsidiyalarla bağlı birtərəfli təhlillər yanlış nəticələr doğura bilər” 22/04/2026 Ölkə xarici Aİ Kiyevə €90 milyardın ayrılmasını təsdiqləyib 22/04/2026 Ölkə xarici Peter Madyar mayın 9-da Macarıstanın Baş naziri təyin ediləcək 22/04/2026