Bakı metropolitenində saat 12:00-dan etibarən xətlərdə 28 cüt qatar fəaliyyət göstərir. Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, yenilənmiş intervallar bunlardır: "Əhmədli–28 May" - 2 dəqiqə 8 saniyə, "28 May–Dərnəgül" - 4 dəqiqə 15 saniyə, "28 May–İçərişəhər" - 4 dəqiqə 15 saniyə. "Qatarlararası intervalların daha da azaldılması istiqamətində işlər davam edir", - məlumatda qeyd olunub.