Banklar biznes kreditlərind riskləri azaltmağa çalışır – Kredit portfelində təminatlılıq artır Bank xəbərləri 22/04/2026 Biznes krediti üzrə plan Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda bankların ümumi biznes kreditləri üzrə təminatlılıq səviyyəsi 43.2%-dən 45.3%-ə yüksəlib. Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanan son statistik göstəricilərdə qeyd edilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Beləliklə, bankların risk idarəetməsində daha ehtiyatlı (mühafizəkar) mövqe tutmağa başlayıblar. Bu artım fonunda qismən təminatlı kreditlərin payı 31.9%-dən 28.1%-ə enmiş, təminatsız kreditlərin payı isə cüzi artaraq 26.6% təşkil etmişdir. Sahibkarlıq subyektlərinin kateqoriyaları üzrə müqayisə apardıqda ən kəskin dəyişiklik orta sahibkarlıq seqmentində müşahidə olunur ki, burada tam təminatlı kreditlərin payı rüblük müqayisədə 48.3%-dən 51.2%-ə qədər artmışdır. Bənzər tendensiya iri sahibkarlıq subyektlərində də qeydə alınmış və bu qrupda tam təminatlılıq səviyyəsi 51.3%-ə çatıb. Kiçik sahibkarlıq subyektlərində tam təminatlı portfelin payı 46.9% səviyyəsində dəyişməz qalsa da, bu kateqoriyada təminatsız kreditlərin payı 22.8%-dən 24.8%-ə yüksəlib. Mikro sahibkarlıq seqmenti isə digər qruplardan fərqli olaraq hələ də ən yüksək təminatsız portfel payına (53.1%) malikdir, baxmayaraq ki, bu göstərici əvvəlki rüblə müqayisədə bir qədər azdır. Xatırladaq ki, ilkin hesablamalara görə 2026-cı ilin I rübündə Azərbaycan banklarının biznes krediti portfelinin həcmi 16 milyard 178.88 milyon manata çatıb. Bu göstərici ilin əvvəlindən cəmi 0.7% artım deməkdir. Son xəbərlər Yerli biznes xəbərləri Təhsil müəssisələrinin yeməklə təchizatı bu şirkətə həvalə olundu – 9.3 milyon manatlıq sifariş 22/04/2026 İnvestisiya Qlobal bazarda qəhvə qiymətləri artır 22/04/2026 Yerli biznes xəbərləri Dövlət Xidməti “Geely Azerbaijan” barəsində inzibati protokol tərtib etdi 22/04/2026 Ümumi iqtisadi xəbərlər Antiinhisar qurumu 5 şirkət barəsində protokol tərtib edib – Səbəb? 22/04/2026 Digər xəbərlər Yerli biznes xəbərləri Təhsil müəssisələrinin yeməklə təchizatı bu şirkətə həvalə olundu – 9.3 milyon manatlıq sifariş 22/04/2026 İnvestisiya Qlobal bazarda qəhvə qiymətləri artır 22/04/2026 Yerli biznes xəbərləri Dövlət Xidməti “Geely Azerbaijan” barəsində inzibati protokol tərtib etdi 22/04/2026 Ümumi iqtisadi xəbərlər Antiinhisar qurumu 5 şirkət barəsində protokol tərtib edib – Səbəb? 22/04/2026