Latviya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib Ölkə daxili 22/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Latviya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib. Bunu Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda birgə bəyanatında deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Sizin söylədiyiniz kimi, biz dəfələrlə görüşmüşük. Əsasən mən xarici işlər naziri olaraq Bakıya səfər edəndə, sonra isə ötən il Davosda görüşlər keçirdik. İndi isə rəsmi səfərlə ölkənizə gəlməkdən böyük məmnunluq duyduğumu ifadə edirəm. İcazə verin deyim ki, biz Sizi Riqada qarşılamağı səbirsizliklə gözləyirik. Biz elə indicə hesabladıq, sonuncu səfərinizdən demək olar ki, 10 il ötüb. COVID illəri və bəzi digər məsələlər olmuşdur, lakin belə mübadilələr həmişə hər iki ölkə üçün faydalıdır. Belə mübadilələr, aramızda olan dostluq siyasi, iqtisadi və mədəni mübadilənin aparılmasına şərait yaradır”, – deyə o qeyd edib. Edqars Rinkeviçs həmçinin deyib ki, o, ilk dəfə Bakıda, Azərbaycanda 2002-ci ildə olub: “Sonra isə dəfələrlə gəlmişəm. Düşünürəm ki, bu mənim altıncı və ya yeddinci səfərimdir. Sayını itirmişəm. Mən sadəcə hər zaman ölkənizin, xüsusilə də paytaxtınızın necə inkişaf etdiyini gördükdə heyran oluram. Çünki nazirlər və prezidentlər adətən paytaxtdan kənarda çox şeyi görmürlər. Biz Sizin bu məsələyə şəxsən diqqət yetirdiyinizi və bu prosesdə iştirak etdiyinizi bilirik”. MənbəREPORT TaglarAzərbaycan-LatviyaEdqars Rinkeviçsİlham Əliyev Son xəbərlər Ümumi iqtisadi xəbərlər AZPROMO və LTRK əməkdaşlıq haqqında memorandum imzalayıb 22/04/2026 Nəqliyyat Bu yol 1 həftə bağlı olacaq 22/04/2026 Yerli biznes xəbərləri Təhsil müəssisələrinin yeməklə təchizatı bu şirkətə həvalə olundu – 9.3 milyon manatlıq sifariş 22/04/2026 İnvestisiya Qlobal bazarda qəhvə qiymətləri artır 22/04/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər AZPROMO və LTRK əməkdaşlıq haqqında memorandum imzalayıb 22/04/2026 Nəqliyyat Bu yol 1 həftə bağlı olacaq 22/04/2026 Yerli biznes xəbərləri Təhsil müəssisələrinin yeməklə təchizatı bu şirkətə həvalə olundu – 9.3 milyon manatlıq sifariş 22/04/2026 İnvestisiya Qlobal bazarda qəhvə qiymətləri artır 22/04/2026