Azərbaycanda maliyyə icarəsi xidmətlərinin əlçatanlığı artırıla bilər Maliyyə xəbərləri 22/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda maliyyə icarəsi xidmətlərinin əlçatanlığının artırılması gözlənilir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədr müavini Toğrul Əliyev “Maliyyə icarəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, hazırda bu sahədə göstərilən maliyyə xidmətlərinin həcmi məhduddur: “Biz məhz bu qanunun qəbulu ilə bu xidmətlərin genişləndirilməsini nəzərdə tuturuq. Eyni zamanda, məlumdur ki, banklar və bank olmayan kredit təşkilatları, xüsusən də banklar maliyyə icarəsi xidmətləri göstərən şəxslərin kreditləşdirilməsi həyata keçirilir. Dolayı yolla cəlb edilən resursların dəyəri onlar tərəfindən təqdim edilən xidmətlərin dəyərini formalaşdırır”. Sədr müavini qeyd edib ki, Azərbaycan iqtisadiyyatında bu sahənin inkişaf etdirilməsi üçün çox ciddi potensial var: “Geriyə maliyyə icarəsi” də kifayət qədər mühüm bir alətdir. Faktiki olaraq bu mexanizm çərçivəsində subyekt özünün aldığı avadanlığı (icarə obyektini) icarəyə verənə satmaqla və ondan icarəyə götürməklə bir növ likvidliyini bərpa etmiş olur. Düşünürəm ki, bu, kreditlərə alternativdir”. MənbəREPORT TaglarmaliyyəMilli MəclisToğrul Əliyev Son xəbərlər Ölkə daxili Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalar yenidən baxılacaq 22/04/2026 Maliyyə xəbərləri Azərbaycanda lizinq şirkətlərinə nəzarət gücləndiriləcək 22/04/2026 Ümumi iqtisadi xəbərlər AZPROMO və LTRK əməkdaşlıq haqqında memorandum imzalayıb 22/04/2026 Ölkə daxili Latviya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib 22/04/2026 Digər xəbərlər Ölkə daxili Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalar yenidən baxılacaq 22/04/2026 Maliyyə xəbərləri Azərbaycanda lizinq şirkətlərinə nəzarət gücləndiriləcək 22/04/2026 Ümumi iqtisadi xəbərlər AZPROMO və LTRK əməkdaşlıq haqqında memorandum imzalayıb 22/04/2026 Ölkə daxili Latviya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib 22/04/2026