Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalar yenidən baxılacaq Ölkə daxili 22/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Cinayət Məcəlləsində nəzərdə tutulan hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı cəzalara yenidən baxılacaq. Konstitusiya Məhkəməsi bununla bağlı Milli Məclisə müvafiq tövsiyələr verib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Cinayət Məcəlləsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Burada “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür. Yeni qərara görə isə, Cinayət Məcəlləsinin yuxarıdakı maddəsinin cinayət tərkibinin aydın və birmənalı şəkildə müəyyənləşdirilməsi istiqamətində təkmilləşdirilməsi Konstitusiya Məhkəməsi tərəfindən Milli Məclisə tövsiyə edilib. MənbəTREND TaglarHərbi xidmətKonstitusiya MəhkəməsiMilli Məclis Son xəbərlər Maliyyə xəbərləri Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri açıqlanıb 22/04/2026 Maliyyə xəbərləri Azərbaycanda lizinq şirkətlərinə nəzarət gücləndiriləcək 22/04/2026 Maliyyə xəbərləri Azərbaycanda maliyyə icarəsi xidmətlərinin əlçatanlığı artırıla bilər 22/04/2026 Ümumi iqtisadi xəbərlər AZPROMO və LTRK əməkdaşlıq haqqında memorandum imzalayıb 22/04/2026 Digər xəbərlər Maliyyə xəbərləri Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri açıqlanıb 22/04/2026 Maliyyə xəbərləri Azərbaycanda lizinq şirkətlərinə nəzarət gücləndiriləcək 22/04/2026 Maliyyə xəbərləri Azərbaycanda maliyyə icarəsi xidmətlərinin əlçatanlığı artırıla bilər 22/04/2026 Ümumi iqtisadi xəbərlər AZPROMO və LTRK əməkdaşlıq haqqında memorandum imzalayıb 22/04/2026