Türkiyənin İrana ayırdığı humanitar yardım yola salınıb və aprelin 24-də sərhədi keçəcəyi bildirilir. "Report" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu "X" sosial şəbəkə hesabında yazıb. Qeyd edilib ki, dərman və tibbi ləvazimatlar yüklənmiş 6 TIR-dan ibarət yardım karvanı Gürbulak sərhəd keçid məntəqəsi vasitəsilə İrana göndəriləcək.