“Microsoft” Avstraliyada süni intellektin inkişafına $18 milyard sərmayə qoyur İnvestisiyaTexnologiya xəbərləri 23/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ-nin texnologiya nəhəngi “Microsoft” yaxın üç il ərzində Avstraliyada süni intellekt infrastrukturunun inkişafına 25 milyard Avstraliya dolları (təxminən 18 milyard ABŞ dolları) sərmayə yatırmağı planlaşdırır. Şirkətin baş direktoru Satya Nadella “The Australian” qəzetinə müsahibəsində bildirib ki, bu investisiya “şirkətin ölkədəki ən böyük sərmayəsi olacaq və superkompüterlərin gücünün artırılmasına, bulud infrastrukturu və məlumat emalı mərkəzlərinin genişləndirilməsinə yönələcək”. Onun sözlərinə görə, “Avstraliyanın süni intellekti real iqtisadi artıma çevirmək və cəmiyyətə fayda vermək üçün böyük potensialı var”.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Nadellanın fikrincə, süni intellekt iş yerlərinin azalması risklərinə baxmayaraq, Avstraliya iqtisadiyyatında məhsuldarlığın durğunluğunu aradan qaldıran əsas amillərdən birinə çevrilə bilər. “Microsoft” 2028-ci ilə qədər ən azı 3 milyon avstraliyalını süni intellekt texnologiyaları üzrə bacarıqlarla təmin etməyi planlaşdırır. İnvestisiyanın bir hissəsi “Australian Signals Directorate” ilə əməkdaşlıq çərçivəsində kibertəhlükəsizliyin gücləndirilməsinə yönəldiləcək. Avstraliyanın Baş naziri Entoni Albaneze bildirib ki, Amerika şirkətinin investisiyaları ölkənin kiberməkanının qorunmasını gücləndirməyə və iqtisadiyyat və məşğulluq sahəsində yeni imkanlar yaratmağa kömək edə bilər. TaglarAvstraliyaMicrosoftsüni intellekt Son xəbərlər Ölkə xarici Avropada ən böyük dövlət borcuna malik olan 5 ölkə 23/04/2026 İnvestisiya Yaponiyanın “Nikkei” indeksi tarixi maksimumu yeniləyib 23/04/2026 Energetika 7.4 milyon manatlıq layihə: Xocavənddə elektrik şəbəkəsi yenilənir 23/04/2026 Ölkə xarici Honkonq birjasının indeksləri ardıcıl iki gündür azalır 23/04/2026 Digər xəbərlər Ölkə xarici Avropada ən böyük dövlət borcuna malik olan 5 ölkə 23/04/2026 İnvestisiya Yaponiyanın “Nikkei” indeksi tarixi maksimumu yeniləyib 23/04/2026 Energetika 7.4 milyon manatlıq layihə: Xocavənddə elektrik şəbəkəsi yenilənir 23/04/2026 Ölkə xarici Honkonq birjasının indeksləri ardıcıl iki gündür azalır 23/04/2026