Almaniya 2039-cu ilə qədər Avropanın ən güclü ordusunu yaratmağı planlaşdırır Ölkə xarici 23/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Almaniyanın Müdafiə Nazirliyi 2039-cu ilə qədər silahlı qüvvələrin inkişaf strategiyasını açıqlayıb. “Avropa üçün məsuliyyət” adlı sənəd Bundesverin rəsmi saytında yerləşdirilib. Nazirliyin rəhbəri Boris Pistorius bu planları “tarixi dönüş nöqtəsi” kimi xarakterizə edib, bu barədə “DefenceNews” yazır. Almaniya silahlı qüvvələrinin qarşıya qoyduğu əsas məqsəd 2039-cu ilə qədər Avropanın ən güclü ordusuna çevrilməkdir. İnkişaf planına əsasən, hərbçilərin sayı hazırkı 185,4 mindən 260 minə çatdırılacaq. Eyni zamanda, ehtiyat qüvvələrinin sayı təxminən 70 mindən 200 minə qədər artırılacaq ki, bu da ümumilikdə 460 min döyüş qabiliyyətli hərbçi deməkdir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Strategiyada Rusiya əsas təhlükə kimi müəyyən edilib. Sənəddə həmçinin NATO ərazisinə mümkün hücum ssenariləri təsvir olunur, lakin onların detalları məxfi saxlanılır. TaglarAlmaniya Son xəbərlər Ölkə xarici Avropada ən böyük dövlət borcuna malik olan 5 ölkə 23/04/2026 İnvestisiya Yaponiyanın “Nikkei” indeksi tarixi maksimumu yeniləyib 23/04/2026 Energetika 7.4 milyon manatlıq layihə: Xocavənddə elektrik şəbəkəsi yenilənir 23/04/2026 İnvestisiya “Microsoft” Avstraliyada süni intellektin inkişafına $18 milyard sərmayə qoyur 23/04/2026 Digər xəbərlər Ölkə xarici Avropada ən böyük dövlət borcuna malik olan 5 ölkə 23/04/2026 İnvestisiya Yaponiyanın “Nikkei” indeksi tarixi maksimumu yeniləyib 23/04/2026 Energetika 7.4 milyon manatlıq layihə: Xocavənddə elektrik şəbəkəsi yenilənir 23/04/2026 İnvestisiya “Microsoft” Avstraliyada süni intellektin inkişafına $18 milyard sərmayə qoyur 23/04/2026