“Holcim Azerbaijan” 100 milyon manat üzərində olan yığılmış mənfəətindən dividend ayırır Yerli biznes xəbərləri 23/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanın sement istehsalçısı “Holcim Azerbaijan” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Banker.az xəbər verir ki, yığıncaq iyunun 18-də, saat 10:00-daBakı şəhəri, Yasamal rayonu, İzmir prospekti, 6 (“Hyatt Regency” iş mərkəzi) ünvanında olacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin Müşahidə Şurasına və Təftiş Komissiyasına üzv seçilməsi, nizamnaməsində dəyişikliyin və 2025-ci il üzrə audit olunmuş maliyyə hesabatlarının təsdiq edilməsi, ötənilki xalis mənfəətin bölüşdürülməsi məsələləri daxildir. Sement istehsalçısı 2024-cü ildə 19.54 mln. manat xalis mənfəət əldə edib. Bununla bölüşdürülməmiş mənfəət 114.58 mln. manata qalxıb. Xatırladaq ki, “Holcim Azerbaijan” 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31,813 milyon manatdır. Şirkətin səhmlərinin 86 %-i İsveçrənin “Lafarge Holcim” və “Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76 % və 10 %), 14 %-i isə fiziki şəxslərə məxsusdur. Son xəbərlər Ölkə xarici Avropada ən böyük dövlət borcuna malik olan 5 ölkə 23/04/2026 İnvestisiya Yaponiyanın “Nikkei” indeksi tarixi maksimumu yeniləyib 23/04/2026 Energetika 7.4 milyon manatlıq layihə: Xocavənddə elektrik şəbəkəsi yenilənir 23/04/2026 İnvestisiya “Microsoft” Avstraliyada süni intellektin inkişafına $18 milyard sərmayə qoyur 23/04/2026 Digər xəbərlər Ölkə xarici Avropada ən böyük dövlət borcuna malik olan 5 ölkə 23/04/2026 İnvestisiya Yaponiyanın “Nikkei” indeksi tarixi maksimumu yeniləyib 23/04/2026 Energetika 7.4 milyon manatlıq layihə: Xocavənddə elektrik şəbəkəsi yenilənir 23/04/2026 İnvestisiya “Microsoft” Avstraliyada süni intellektin inkişafına $18 milyard sərmayə qoyur 23/04/2026