Expressbank “Sahibkarlar Günü” münasibətilə sahibkarlarla görüş keçirib Bank xəbərləri 23/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Expressbank Sahibkarlar Günü münasibətilə Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyinin (GXSSD) üzvləri ilə işgüzar səhər yeməyi formatında görüş təşkil edib. Görüşdə sahibkarlarla açıq dialoq aparılıb, onların sahibkarlıq fəaliyyətində üzləşdikləri maliyyə məsələləri və inkişaf imkanları müzakirə edilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Eyni zamanda tədbir çərçivəsində iştirakçılar üçün maliyyə savadlılığı mövzuları ətrafında qısa təlim də keçirilib. Təlim zamanı sahibkarlara maliyyə planlaması, nağd pul axınının idarə olunması və bank məhsullarından effektiv istifadə ilə bağlı praktiki məlumatlar təqdim olunub. Qeyd edək ki, qısa müddət əvvəl Expressbank ilə Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyi arasında tərəfdaşlıq memorandumu imzalanmışdı. Bank sözügedən əməkdaşlıq çərçivəsində sahibkarların maliyyə savadlılığının artırılmasına dəstək göstərməyi, onların maliyyə alətlərinə çıxış imkanlarını genişləndirməyi və bizneslərinin inkişafına töhfə verməyi hədəfləyir. Expressbank bu kimi təşəbbüslərlə sahibkarlarla əlaqələrin gücləndirilməsinə və ölkədə sahibkarlıq mühitinin inkişafına dəstək verməyə davam edir. Expressbank Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz. “Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C. Təcili kredit üçün bura keçid edin! TaglarExpressbank Son xəbərlər Telekommunikasiya “SİMA İmza” – vergi ödəyiciləri üçün ən sərfəlisi 23/04/2026 Ölkə xarici Avropada ən böyük dövlət borcuna malik olan 5 ölkə 23/04/2026 İnvestisiya Yaponiyanın “Nikkei” indeksi tarixi maksimumu yeniləyib 23/04/2026 Energetika 7.4 milyon manatlıq layihə: Xocavənddə elektrik şəbəkəsi yenilənir 23/04/2026 Digər xəbərlər Telekommunikasiya “SİMA İmza” – vergi ödəyiciləri üçün ən sərfəlisi 23/04/2026 Ölkə xarici Avropada ən böyük dövlət borcuna malik olan 5 ölkə 23/04/2026 İnvestisiya Yaponiyanın “Nikkei” indeksi tarixi maksimumu yeniləyib 23/04/2026 Energetika 7.4 milyon manatlıq layihə: Xocavənddə elektrik şəbəkəsi yenilənir 23/04/2026