“SİMA İmza” – vergi ödəyiciləri üçün ən sərfəlisi Telekommunikasiya 23/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ®SİMA rəqəmsal imza İnternet Vergi İdarəsinə girişin ən sərfəli və təhlükəsiz yolu kimi vergi ödəyicilərinin əsas rəqəmsal köməkçisinə çevrilib. Dövlət Vergi Xidmətinin rəqəmsal ekosistemində edilən dəyişikliyə əsasən, e-taxes.gov.az portal fəaliyyətini dayandırıb. Artıq bütün elektron vergi xidmətləri new.e-taxes.gov.az platforması üzərindən təqdim olunacaq. Yeni portalın əsas üstünlüyü “SİMA İmza” ilə də girişin mümkünlüyüdür.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Hazırda SİMA rəqəmsal imza ilə portaldakı bütün əsas vergi xidmətləri əlçatandır. İstifadəçilər “SİMA İmza” mobil tətbiqini yükləyib, qeydiyyatdan keçməklə dərhal biznes imzası əldə edə və 100-dən artıq xidmətdən yararlana bilərlər. Qeyd edək ki, istifadəçilər “SİMA İmza” tətbiqində biznes imzası əldə edən zaman 6AYPULSUZ promokodunu yazmaqla ilk 6 ay ərzində elektron imzadan tamamilə ödənişsiz istifadə edə bilər. Daha sonra abunəliyi istəyə görə, aylıq 2.40 AZN, 1 illik 25 AZN, 3 illik isə 55 AZN-ə yeniləmək mümkündür. Tariflərdə heç bir əlavə ödəniş və gizli xərc yoxdur. “SİMA İmza” haqqında SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. Hazırda “SİMA İmza” tətbiqinin endirilmə sayı 6 milyondan çoxdur. Rəqəmsal imzanı hər hansı xidmət məntəqəsinə getmədən və fiziki daşıyıcıya ehtiyac olmadan mobil tətbiq vasitəsilə əldə etmək mümkündür. TaglarSİMA İmza Son xəbərlər Şəxsi psixoloq Mark Tvenin metodu: yanılmamaq üçün düşüncəni necə yoxlamaq olar 23/04/2026 Ölkə daxili Laçın kanat yolunun inşası bu ilin sonuna qədər tamamlanacaq 23/04/2026 Bank xəbərləri Banklar 2026-cı ilin I rübündə faizdən kənar nə qədər gəlir əldə ediblər? – RENKİNQ 23/04/2026 İnvestisiya 3 trilyon dollardan çox aktiv idarə edən investor zumerləri “hobbi-investisiyalardan” imtina etməyə çağırıb 23/04/2026 Digər xəbərlər Şəxsi psixoloq Mark Tvenin metodu: yanılmamaq üçün düşüncəni necə yoxlamaq olar 23/04/2026 Ölkə daxili Laçın kanat yolunun inşası bu ilin sonuna qədər tamamlanacaq 23/04/2026 Bank xəbərləri Banklar 2026-cı ilin I rübündə faizdən kənar nə qədər gəlir əldə ediblər? – RENKİNQ 23/04/2026 İnvestisiya 3 trilyon dollardan çox aktiv idarə edən investor zumerləri “hobbi-investisiyalardan” imtina etməyə çağırıb 23/04/2026