Aİ Ukraynaya €90 milyardlıq kredit üzrə ödənişlərə mayın ortalarından başlayacaq Ölkə xarici 23/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Avropa İttifaqı Ukraynaya 90 milyard avroluq kreditin ilk tranşlarını mayın ortalarından etibarən köçürməyə hazırdır. Bundan bir gün əvvəl Aİ səfirləri həm bu krediti, həm də Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təsdiqləyiblər. “Yekun razılaşma əldə olunduqdan dərhal sonra, mayın ortalarından ilk tranşları ayırmağa hazırıq”, – deyə Barro “Franceinfo” radiosunun efirində bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Macarıstan “Drujba” neft kəməri ilə neft tranzitinin bərpasını tələb edərək kreditin ayrılmasını bloklayırdı. Vetonun götürülməsindən sonra proses bərpa olunub. Bununla yanaşı, Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis aprelin 21-də xəbərdarlıq edib ki, Avropa İttifaqı hələlik 2027-ci ildə Ukraynanın ehtiyaclarını qarşılamaq üçün tələb olunan 22,5 milyard avro maliyyə mənbələrini müəyyən etməyib. Mart ayında “Bloomberg” yazmışdı ki, Ukraynanın dövlət büdcəsinin maliyyələşdirilməsi üçün vəsait çatışmazlığı riski var və hərbi əməliyyatların maliyyələşdirilməsi üçün vəsaitlər artıq iyunda tükənə bilər. TaglarAİUkrayna Son xəbərlər Bank xəbərləri Rabitəbankdan bank, sığorta və mobil operator əməkdaşlarına özəl nağd pul krediti kampaniyası 23/04/2026 Ölkə daxili TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir 23/04/2026 Ümumi iqtisadi xəbərlər Dövlət Vergi Xidməti bəzi vergi ödəyicilərinə sanksiya tətbiq edilib 23/04/2026 Xarici xəbərlər Ermənistan Qazaxıstanda yeni səfirlik binası tikəcək 23/04/2026 Digər xəbərlər Bank xəbərləri Rabitəbankdan bank, sığorta və mobil operator əməkdaşlarına özəl nağd pul krediti kampaniyası 23/04/2026 Ölkə daxili TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir 23/04/2026 Ümumi iqtisadi xəbərlər Dövlət Vergi Xidməti bəzi vergi ödəyicilərinə sanksiya tətbiq edilib 23/04/2026 Xarici xəbərlər Ermənistan Qazaxıstanda yeni səfirlik binası tikəcək 23/04/2026