AccessBank “Həzi Aslanov” filialını yeni konseptdə müştərilərə təqdim etdi Bank xəbərləri 23/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Müştəri məmnuniyyətinin daim yüksək səviyyədə qorunub saxlanılması, çevik və yüksək keyfiyyətli xidmətin təmin olunması məqsədilə AccessBank əsaslı təmirdən sonra “Həzi Aslanov” filialını yenilənmiş konseptdə müştərilərinin istifadəsinə verdi. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 29/45, ev 66 ünvanında yerləşən filialda müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlərin yerləşdirilməsi, müxtəlif növ kreditlərin rəsmiləşdirilməsi, plastik kartların alınması, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətləri təqdim olunur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Filial müasir dizayn və funksional həllər əsasında yenidən qurulub ki, bu da müştərilərə xidmətlərdən daha rahat və səmərəli şəkildə yararlanmaq imkanı yaradır. AccessBank xidmət infrastrukturunun yenilənməsini müştəriyönümlü strategiyasının əsas istiqamətlərindən biri kimi dəyərləndirir və bu sahədə ardıcıl addımlar atmağa davam edir. AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz. Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz. *AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. TaglarAccessBank Son xəbərlər Yerli biznes xəbərləri “Anglo Asian Mining” deyir ki, Azərbaycandakı iki zavodunu modernləşdirir 23/04/2026 Xarici biznes xəbərləri “Samsung”un 40 min işçisi maaşların aşağı olmasına görə etiraz edib 23/04/2026 Yerli biznes xəbərləri Azərbaycanda 5.5 milyon manatlıq şirkət kapitalını azaldır 23/04/2026 İnvestisiya IBM səhmləri rüblük hesabatdan sonra 7% ucuzlaşıb 23/04/2026 Digər xəbərlər Yerli biznes xəbərləri “Anglo Asian Mining” deyir ki, Azərbaycandakı iki zavodunu modernləşdirir 23/04/2026 Xarici biznes xəbərləri “Samsung”un 40 min işçisi maaşların aşağı olmasına görə etiraz edib 23/04/2026 Yerli biznes xəbərləri Azərbaycanda 5.5 milyon manatlıq şirkət kapitalını azaldır 23/04/2026 İnvestisiya IBM səhmləri rüblük hesabatdan sonra 7% ucuzlaşıb 23/04/2026