Dövlət Neft Fondu 22 ton üzərində qızıl satıb – GƏLİR AÇIQLANDI İnvestisiyaÜmumi iqtisadi xəbərlər 23/04/2026 Paylaş FacebookXWhatsAppTelegram 2026-cı ilin 1-ci rübündə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 22.1 ton qızıl satıb və qızıl ehtiyatlarını 178.1 tona endirib. Banker.az bu barədə Fonda istinadən xəbər verir. Bu ilin əvvəlində 200 ton idi.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə ABŞ dolları portfelinin 26 milyard 146,2 milyon dollarlıq hissəsini qızıl investisiyaları təşkil edir. Bu ilin əvvəlində 28 milyard 63,2 milyon dollar Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 1 376,8 milyon manat təşkil etmiş, o cümlədən qızıl qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən yaranan büdcədənkənar gəlirlər 2 milyard 117,9 milyon manat olub. Məlumata görə, bu il yanvarın 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 35,6 % olub ki, bu da 1 il əvvələ nisbətən 9,8 faiz bəndi azdır. “Qızıl ötən illərin qiymət artımını şərtləndirən amillərin təsiri altında 2026-cı ilə də yüksək nəticələrlə başlamışdır. Mart ayında qiymətlərdə geriləmə müşahidə olunsa da, qızıl rübü ümumilikdə müsbət nəticələrlə başa vurmuşdur ki, bununla da, ARDNF-nin qızıl altportfeli üzrə büdcədənkənar gəlirləri formalaşmışdır”-deyə, fond bildirir. Son xəbərlər Yerli biznes xəbərləri “Anglo Asian Mining” deyir ki, Azərbaycandakı iki zavodunu modernləşdirir 23/04/2026 Xarici biznes xəbərləri “Samsung”un 40 min işçisi maaşların aşağı olmasına görə etiraz edib 23/04/2026 Bank xəbərləri AccessBank “Həzi Aslanov” filialını yeni konseptdə müştərilərə təqdim etdi 23/04/2026 Yerli biznes xəbərləri Azərbaycanda 5.5 milyon manatlıq şirkət kapitalını azaldır 23/04/2026 Digər xəbərlər Yerli biznes xəbərləri “Anglo Asian Mining” deyir ki, Azərbaycandakı iki zavodunu modernləşdirir 23/04/2026 Xarici biznes xəbərləri “Samsung”un 40 min işçisi maaşların aşağı olmasına görə etiraz edib 23/04/2026 Bank xəbərləri AccessBank “Həzi Aslanov” filialını yeni konseptdə müştərilərə təqdim etdi 23/04/2026 Yerli biznes xəbərləri Azərbaycanda 5.5 milyon manatlıq şirkət kapitalını azaldır 23/04/2026