Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib Yerli biznes xəbərləri 23/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ®“AzerGold” QSC və Regional İnkişaf İctimai Birliyinin (RİİB) birgə təşəbbüsü və təşkilatçılığı, eləcə də Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib. “AzerGold” QSC və Regional İnkişaf İctimai Birliyinin fəaliyyətinin 10 illiyi çərçivəsində təşkil edilən ağacəkmə aksiyaları 22 aprel – Beynəlxalq Yer Gününə həsr edilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədilə təşkil edilən genişmiqyaslı aksiyada səhmdar cəmiyyətinin, rayon icra hakimiyyətinin, eləcə də Regional İnkişaf İctimai Birliyinin əməkdaşları və könüllülər fəal iştirak ediblər. Aksiyanın ilk günündə “Çovdar” qızıl mədəninin ətrafında, ümumilikdə 1,5 hektar sahədə yerli iqlim şəraitinə uyğun 1400-dən çox vələs tingi əkilib, onlara aqrotexniki qulluq göstərilib. Ekoloji aksiyanın növbəti günü isə Daşkəsən Şəhidlər Xiyabanının ətrafında 300 ədəd həmişəyaşıl şam ağacı əkilib. Aksiya çərçivəsində Daşkəsən şəhərinin müxtəlif ərazilərində isə 1000-dən artıq ağac tingi torpağa basdırılıb. Qeyd edək ki, həyata keçirilən bu cür davamlı təşəbbüslər regionlarda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yaşıllıq zonalarının genişləndirilməsinə və biomüxtəlifliyin qorunmasına xidmət edir. “AzerGold” QSC və Regional İnkişaf İctimai Birliyinin tərəfindən gələcəkdə də ətraf mühitin mühafizəsinə yönəlmiş layihələrin davam etdirilməsi planlaşdırılır. Cari il ərzində “AzerGold” QSC-nin 10 illiyi çərçivəsində Daşkəsən və Göygöl rayonlarında ümumilikdə 10 000 ağacın əkilməsi nəzərdə tutulur. TaglarAzerGold Son xəbərlər Yerli biznes xəbərləri Azərbaycanda siqaret istehsalı yüksəlişdə – 23.3% artım 23/04/2026 Ölkə xarici Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təsdiqləyib 23/04/2026 Əsas məlumatlar Baş Prokurorluq hərbi komissarlıqlarda əməliyyatlar keçirib, vəzifəli şəxslər saxlanılıb 23/04/2026 Əsas məlumatlar Mərkəzi Bank “Optimal Finance BOKT”nin lisenziyasını ləğv etdi 23/04/2026 Digər xəbərlər Yerli biznes xəbərləri Azərbaycanda siqaret istehsalı yüksəlişdə – 23.3% artım 23/04/2026 Ölkə xarici Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təsdiqləyib 23/04/2026 Əsas məlumatlar Baş Prokurorluq hərbi komissarlıqlarda əməliyyatlar keçirib, vəzifəli şəxslər saxlanılıb 23/04/2026 Əsas məlumatlar Mərkəzi Bank “Optimal Finance BOKT”nin lisenziyasını ləğv etdi 23/04/2026