ABŞ prezidenti Donald Tramp İranda hələ də ölkənin rəhbərliyini müəyyənləşdirə bilmədiklərini bəyan edib. "Report" xəbər verir ki, o bunu "Truth Social"da yazıb. "İran üçün indi liderinin kim olduğunu müəyyən etmək çox çətindir! Onlar sadəcə bilmirlər!", - deyə o yazıb. Trampın sözlərinə görə, İranda müxtəlif siyasi qüvvələr arasında daxili mübarizə davam edir. "Döyüş meydanında ciddi məğlubiyyətlərə uğrayan "sərt güc" ilə heç də o qədər mülayim olmayan (lakin hörmət qazanan!) "mülayim" güc arasındakı daxili mübarizə - dəlilikdir!", - o yazıb. Bununla yanaşı, ABŞ lideri əlavə edib ki, Birləşmiş Ştatlar Hörmüz boğazına tam nəzarət edir. "ABŞ HDQ-nin icazəsi olmadan heç bir gəmi daxil ola və ya çıxa bilməz. İran razılaşma bağlamağa hazır olana qədər o, möhkəm bağlıdır!!!", - Ağ Evin rəhbəri deyib.