İran Mərkəzi Bankı Hörmüz boğazından keçid üçün ilk ödənişləri almağa başlayıb Ölkə xarici 23/04/2026 Paylaş FacebookXWhatsAppTelegram İranın Mərkəzi Bankı gəmilərin Hörmüz boğazından keçidinə görə alınan rüsumlardan ilk ödənişlərini alıb. Məbləğin həcmi yükün növü və miqdarından, həmçinin risk səviyyəsindən asılıdır. Bu barədə parlamentin (Məclis) Rəyasət Heyətinin üzvü Salimi bildirib. Onun sözlərinə görə, toplanan vəsait digər dövlət gəlirləri kimi vahid hesaba və xəzinəyə daxil olur. “Iran International”ın məlumatına görə, İran bəzi gəmilərdən 2 milyon dollaradək rüsum tutur. Bu barədə parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Alaeddin Boroujerdi bildirib. O, bu addımı ölkənin müharibə şəraitində maliyyə vəsaitinə ehtiyacı ilə izah edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə İranın neft, qaz və neft-kimya məhsulları ixracatçıları ittifaqının sözçüsü Hamid Hosseini daha əvvəl “Financial Times”a bildirib ki, atəşkəs rejiminin silah daşınması üçün istifadə olunmamasını təmin etmək məqsədilə İran bütün gəmilərin giriş-çıxışına nəzarət etməlidir. İran 17 aprel tarixində Hörmüz boğazının açıldığını elan etsə də, artıq 18 apreldə İran boğaz üzərində hərbi nəzarəti bərpa edib və daha sonra onun bağlandığını açıqlayıb. Korpus bunu ABŞ-nin İran gəmiləri və limanlarına qarşı davam edən dəniz blokadası ilə əsaslandırıb. ABŞ 11 apreldə Hörmüz boğazında mina təmizləmə əməliyyatlarına başladığını elan edib. Daha sonra 12 apreldə ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri digər ölkələrlə birlikdə boğazda nəzarət həyata keçirərək Tehrana keçid üçün ödəniş edən gəmiləri aşkar edib saxlayacaq. Donald Tramp 18 apreldə Hörmüz boğazında gəmilərin atəşə tutulmasını atəşkəsin “tam pozulması” kimi qiymətləndirərək Tehrana qarşı sərt bəyanat verib və razılaşmadan imtina ediləcəyi təqdirdə İranda bütün elektrik stansiyalarını və körpüləri məhv etməklə hədələyib. ABŞ 22 apreldə İranla atəşkəsi qeyri-müəyyən müddətə uzadıb. Taglarİran Mərkəzi Bankı Son xəbərlər Nəqliyyat Bakıda bu marşrut nağdsız ödəniş sisteminə keçir 23/04/2026 Yerli biznes xəbərləri Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb 23/04/2026 Digər xəbərlər Azərbaycanın Gürcüstana sement satışları azalıb 23/04/2026 Ölkə daxili Bakıda bu məktəblər bağlanır – Dərslər distant keçiriləcək 23/04/2026 Digər xəbərlər Nəqliyyat Bakıda bu marşrut nağdsız ödəniş sisteminə keçir 23/04/2026 Yerli biznes xəbərləri Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb 23/04/2026 Digər xəbərlər Azərbaycanın Gürcüstana sement satışları azalıb 23/04/2026 Ölkə daxili Bakıda bu məktəblər bağlanır – Dərslər distant keçiriləcək 23/04/2026