Hesablama Palatası: Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir Sığorta xəbərləri 23/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir və yüksək konsentrasiya formalaşıb. Bu barədə Hesablama Palatasının “Dövlət auditi” bülletenində bildirilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Sənədə əsasən, dövlət sifarişlərinin icrasında cəmi 4 sığorta şirkəti iştirak edir. Sığorta portfelinin 75 %-i isə bir şirkətin payına düşüb ki, bu da bazarda rəqabət mühitinin məhdud olduğunu göstərir. Bundan əlavə, Azərbaycanda icbari sığorta sahəsində normativ ziddiyyətlər aşkarlanıb. Belə ki, Nazirlər Kabinetinin qərarına görə sığorta haqları yalnız müqavilə bağlandıqdan sonra ödənilir. Lakin ümumi qanunvericiliyə əsasən, sığorta müqaviləsinin qüvvəyə minməsi üçün əvvəlcədən ödəniş tələb olunur. Bu uyğunsuzluq praktikada sığorta prosesinin həyata keçirilməsini çətinləşdirir. Audit zamanı həmçinin bəzi hallarda eyni əmlak üzrə müxtəlif illərdə fərqli bərpa dəyərlərinin tətbiq olunduğu müəyyən edilib. Bu isə sığorta haqlarında izahı verilməyən fərqlərin yaranmasına və xərclərin artmasına səbəb olub. Hesabatda qeyd olunur ki, dövlətə məxsus əmlakların hamısının sığortalanması təmin edilməyib və proses əsasən ayrılmış vəsait çərçivəsində həyata keçirilib. Bu isə sığorta əhatəliliyinin tam təmin olunmadığını göstərir. MənbəREPORT TaglarHesablama Palatasısığorta bazarı Son xəbərlər Ölkə xarici İran Mərkəzi Bankı Hörmüz boğazından əldə olunan gəlirlərin nağd şəkildə köçürüldüyünü təsdiqləyib 23/04/2026 İnvestisiya ARDNF investisiya portfelində 1 illik istiqrazların payını artırıb 23/04/2026 İnvestisiya ARDNF investisiya portfelində Avropa ölkələrinin payını azaldıb 23/04/2026 Maliyyə xəbərləri Azərbaycanda dövlət əmlakının uçotunda ciddi nöqsanlar aşkarlanıb 23/04/2026 Digər xəbərlər Ölkə xarici İran Mərkəzi Bankı Hörmüz boğazından əldə olunan gəlirlərin nağd şəkildə köçürüldüyünü təsdiqləyib 23/04/2026 İnvestisiya ARDNF investisiya portfelində 1 illik istiqrazların payını artırıb 23/04/2026 İnvestisiya ARDNF investisiya portfelində Avropa ölkələrinin payını azaldıb 23/04/2026 Maliyyə xəbərləri Azərbaycanda dövlət əmlakının uçotunda ciddi nöqsanlar aşkarlanıb 23/04/2026