Azərbaycanda dövlət əmlakının uçotunda ciddi nöqsanlar aşkarlanıb Maliyyə xəbərləri 23/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda dövlət əmlakının registri üzrə normativ-hüquqi baza mövcud olsa da, aparılan təhlillər qeydiyyat və uçot sistemində ciddi çatışmazlıqların qaldığını ortaya çıxarıb. Bu barədə Hesablama Palatasının “Dövlət auditi” bülletenində bildirilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Sənədə əsasən, dövlət qurumlarının təqdim etdiyi registr məlumatlarının tam və dəqiq olmaması dövlət əmlaklarının icbari sığorta mexanizmi ilə faktiki əhatə dairəsinin müəyyən edilməsini çətinləşdirir. Bəzi təşkilatların təqdim etdiyi göstəricilərin təhlili zamanı uyğunsuz hallara rast gəlinib. Belə ki, bir sıra hallarda texniki cəhətdən nasaz və faktiki istifadədə olmayan nəqliyyat vasitələrinin sığortalandığı, əksinə, istismarda olan və texniki baxımdan saz nəqliyyat vasitələrinin isə icbari sığortadan kənarda qaldığı müəyyən edilib. Bundan əlavə, nəqliyyat vasitələrinin sığortası üzrə maliyyələşmə strukturunun təhlili göstərib ki, bir çox təşkilat bu istiqamətdə xərcləri “Azərbaycanın Vahid Büdcə Təsnifatı”nın tələblərinə uyğun icra etməyib. Qeyd olunan nöqsanlar dövlət əmlakının idarə olunması və sığorta mexanizmlərinin effektivliyinə mənfi təsir göstərən əsas amillər kimi qiymətləndirilir. MənbəREPORT Taglardövlət əmlakıHesablama Palatası Son xəbərlər Ölkə xarici İran Mərkəzi Bankı Hörmüz boğazından əldə olunan gəlirlərin nağd şəkildə köçürüldüyünü təsdiqləyib 23/04/2026 İnvestisiya ARDNF investisiya portfelində 1 illik istiqrazların payını artırıb 23/04/2026 Sığorta xəbərləri Hesablama Palatası: Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir 23/04/2026 İnvestisiya ARDNF investisiya portfelində Avropa ölkələrinin payını azaldıb 23/04/2026 Digər xəbərlər Ölkə xarici İran Mərkəzi Bankı Hörmüz boğazından əldə olunan gəlirlərin nağd şəkildə köçürüldüyünü təsdiqləyib 23/04/2026 İnvestisiya ARDNF investisiya portfelində 1 illik istiqrazların payını artırıb 23/04/2026 Sığorta xəbərləri Hesablama Palatası: Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir 23/04/2026 İnvestisiya ARDNF investisiya portfelində Avropa ölkələrinin payını azaldıb 23/04/2026