ABB istiqraz emissiyasının ikinci mərhələsinə start verir Bank xəbərləri 23/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ®ABB 27 aprel 2026-cı il tarixində istiqraz emissiyasının növbəti mərhələsinə başlayır. Bank ölkəmizin kapital bazarına bu dəfə hər biri 5 milyon manat olmaqla 2 istiqraz çıxarmağı planlaşdırır. İlkin plana əsasən, 1 illik istiqrazlar üzrə 9%, 2 illik istiqrazlar üzrə isə 10% illik gəlirlilik təklif ediləcək. Abunə yazılışı isə 2 həftə davam edəcək. ABB-nin planlaşdırdığı növbəti istiqraz emissiyaları üzrə cədvəllə buradan tanış ola bilərsiniz. Yeni emissiyalar elan edildikcə dəqiq tarixlər səhifədə göstəriləcək. ⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə ABB-nin istiqraz emissiyasında məqsədi investorlar üçün mütəmadi və əlçatan investisiya imkanları yaratmaq, ölkəmizin kapital bazarlarında davamlı aktivliyi təmin etməkdir. Xatırladaq ki, Bankın martda həyata keçirdiyi ilk emissiya zamanı hər biri 5 milyon manat olmaqla 1 il və 2 il müddətinə istiqraz buraxılışları uğurla yerləşdirilib. Beləliklə, 10 milyon manat həcmində emissiya tam reallaşdırılıb. Yüksək investor marağı nəticəsində sifarişlərin həcmi təklif edilən məbləği təxminən 5 dəfə üstələyib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar. TaglarABB (Azərbaycan Beynəlxalq Bankı)emissiyaistiqraz Son xəbərlər Ölkə xarici İran Mərkəzi Bankı Hörmüz boğazından əldə olunan gəlirlərin nağd şəkildə köçürüldüyünü təsdiqləyib 23/04/2026 İnvestisiya ARDNF investisiya portfelində 1 illik istiqrazların payını artırıb 23/04/2026 Sığorta xəbərləri Hesablama Palatası: Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir 23/04/2026 İnvestisiya ARDNF investisiya portfelində Avropa ölkələrinin payını azaldıb 23/04/2026 Digər xəbərlər Ölkə xarici İran Mərkəzi Bankı Hörmüz boğazından əldə olunan gəlirlərin nağd şəkildə köçürüldüyünü təsdiqləyib 23/04/2026 İnvestisiya ARDNF investisiya portfelində 1 illik istiqrazların payını artırıb 23/04/2026 Sığorta xəbərləri Hesablama Palatası: Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir 23/04/2026 İnvestisiya ARDNF investisiya portfelində Avropa ölkələrinin payını azaldıb 23/04/2026