İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti aprelin 23-də Şuşa şəhərində olub. Bu barədə "Report"a Milli Məclisdən məlumat verilib. "Əvvəlcə Şuşaya gələn İrlandiya parlament nümayəndə heyətinin tanışlığı Şəhər Meydanından başlayıb", - məlumatda bildirilib və əlavə olunub ki, qonaqlara Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin burada qoyulmuş heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib: "Sonra qonaqlar Aşağı Gövhər Ağa məscidi ilə tanış olublar, Şuşanın Qala divarlarını seyr edib, Cıdır düzünə qalxıblar". Qeyd edək ki, irlandiyalı parlamentarilər Xankəndi də olublar.