İran Mərkəzi Bankı Hörmüz boğazından əldə olunan gəlirlərin nağd şəkildə köçürüldüyünü təsdiqləyib Ölkə xarici 23/04/2026 Paylaş FacebookXWhatsAppTelegram İran Mərkəzi Bankı Hörmüz boğazından keçən gəmilərdən alınan rüsumlardan əldə olunan gəlirlərin nağd şəkildə bu quruma köçürüldüyünü təsdiqləyib. Bu barədə “Fars” agentliyi xəbər yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata görə, İran Mərkəzi Bankı qeyd edib ki, sözügedən rüsumlardan əldə olunan vəsait birbaşa bu banka daxil olub və ödənişlər xarici valyuta şəklində, nağd formada həyata keçirilib. Agentliyin yaydığı xəbərdə bildirilir ki, daha əvvəl bəzi media qurumları İranın Hörmüz boğazından keçid rüsumlarını kriptovalyuta ilə qəbul etdiyi barədə iddialar irəli sürmüşdü, lakin rəsmi açıqlama bu iddiaları təkzib edir. Hazırda gəmilərdən alınan rüsumların məbləği onların növündən, daşıdıqları yükün həcmindən və risk səviyyəsindən asılı olaraq dəyişir. Bu rüsumlar yalnız İranın təhlükəsizlik xidmətlərindən istifadə etmək üçün icazə alan gəmilərdən tutulur. MənbəAPA TaglarHörmüz boğazıİran Mərkəzi Bankı Son xəbərlər Ölkə daxili Su təchizatına qoşulma üçün tələb olunan sənədlər açıqlanıb 23/04/2026 İnvestisiya ARDNF investisiya portfelində 1 illik istiqrazların payını artırıb 23/04/2026 Sığorta xəbərləri Hesablama Palatası: Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir 23/04/2026 İnvestisiya ARDNF investisiya portfelində Avropa ölkələrinin payını azaldıb 23/04/2026 Digər xəbərlər Ölkə daxili Su təchizatına qoşulma üçün tələb olunan sənədlər açıqlanıb 23/04/2026 İnvestisiya ARDNF investisiya portfelində 1 illik istiqrazların payını artırıb 23/04/2026 Sığorta xəbərləri Hesablama Palatası: Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir 23/04/2026 İnvestisiya ARDNF investisiya portfelində Avropa ölkələrinin payını azaldıb 23/04/2026