Azərbaycanda cinayət işlərinin məhkəmə aidiyyəti ilə bağlı dəyişiklik gözlənilir Ölkə daxili 23/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Cinayət-Prosessual Məcəllənin cinayət işinin ərazi üzrə məhkəmə aidiyyətinə dair müddəalarında dəyişiklik ediləcək. Konstitusiya Məhkəməsi bununla bağlı Milli Məclisə müvafiq tövsiyələr verib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Cinayət-Prosessual Məcəlləyə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycanda axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Baş prokuror və ya onun müavini xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə təqdimatı, barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxsin sonuncu yaşayış yeri üzrə, bu məlum olmadıqda isə hökmün və qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərin sonuncu yaşayış yeri üzrə, hökmün və ya digər yekun qərarın icrası əmlakla bağlı olduqda isə həmin əmlakın yerləşdiyi yer üzrə apellyasiya instansiyası məhkəməsinə verir. Yeni qərara görə isə, yuxarıda nəzərdə tutulan “axırıncı yaşayış yeri” və “sonuncu yaşayış yeri” anlayışları, həmçinin “cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan” ifadəsinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğunlaşdırılması məqsədilə həmin maddələrdə müvafiq dəyişikliklərin edilməsi Konstitusiya Məhkəməsi tərəfindən Milli Məclisə tövsiyə edilib. MənbəTREND TaglarCinayət-Prosessual MəcəlləKonstitusiya Məhkəməsi Son xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub 23/04/2026 Ölkə xarici Aİ-nin Ukraynaya 90 milyard avro krediti Rusiyadan təzminatlar hesabına ödəniləcək 23/04/2026 Ölkə daxili Su təchizatına qoşulma üçün tələb olunan sənədlər açıqlanıb 23/04/2026 Ölkə xarici İran Mərkəzi Bankı Hörmüz boğazından əldə olunan gəlirlərin nağd şəkildə köçürüldüyünü təsdiqləyib 23/04/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub 23/04/2026 Ölkə xarici Aİ-nin Ukraynaya 90 milyard avro krediti Rusiyadan təzminatlar hesabına ödəniləcək 23/04/2026 Ölkə daxili Su təchizatına qoşulma üçün tələb olunan sənədlər açıqlanıb 23/04/2026 Ölkə xarici İran Mərkəzi Bankı Hörmüz boğazından əldə olunan gəlirlərin nağd şəkildə köçürüldüyünü təsdiqləyib 23/04/2026