Aİ-nin Ukraynaya 90 milyard avro krediti Rusiyadan təzminatlar hesabına ödəniləcək Ölkə xarici 23/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Avropa İttifaqının (Aİ) Ukraynaya 90 milyard avro məbləğində kredit ödənişi Rusiyadan Kiyevə çatacaq təzminatlar hesabına həyata keçiriləcək. Bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Aİ Şurası 2025-ci ilin dekabrında şura tərəfindən razılaşdırılmış bu kreditin verilmə şərtlərini müəyyən edən sonuncu əsas qanunvericilik aktını qəbul edib. Bunun Avropa Komissiyasına ödənişlərə artıq 2026-cı ilin ikinci rübündə başlamağa imkan verəcəyi gözlənilir. Vəsaitlər Ukraynanın ən təxirəsalınmaz büdcə ehtiyaclarının qarşılanmasına, həmçinin 2026-2027-ci illərdə müdafiə-sənaye potensialının inkişafına yönəldiləcək. Qeyd olunub ki, maliyyələşmə qanunun aliliyinin təmin edilməsi və korrupsiyaya qarşı mübarizə də daxil olmaqla, sərt şərtlərə əməl edildiyi təqdirdə təqdim ediləcək. Kredit Aİ-nin kapital bazarlarındakı borclanmaları hesabına maliyyələşdiriləcək və birliyin büdcə ehtiyatları ilə təmin ediləcək. MənbəREPORT TaglarAvropa İttifaqı-UkraynaRusiyatəzminat Son xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub 23/04/2026 Ölkə daxili Azərbaycanda cinayət işlərinin məhkəmə aidiyyəti ilə bağlı dəyişiklik gözlənilir 23/04/2026 Ölkə daxili Su təchizatına qoşulma üçün tələb olunan sənədlər açıqlanıb 23/04/2026 Ölkə xarici İran Mərkəzi Bankı Hörmüz boğazından əldə olunan gəlirlərin nağd şəkildə köçürüldüyünü təsdiqləyib 23/04/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub 23/04/2026 Ölkə daxili Azərbaycanda cinayət işlərinin məhkəmə aidiyyəti ilə bağlı dəyişiklik gözlənilir 23/04/2026 Ölkə daxili Su təchizatına qoşulma üçün tələb olunan sənədlər açıqlanıb 23/04/2026 Ölkə xarici İran Mərkəzi Bankı Hörmüz boğazından əldə olunan gəlirlərin nağd şəkildə köçürüldüyünü təsdiqləyib 23/04/2026