VAŞİNQTON, 24 aprel. /TASS/. ABŞ prezidenti Donald Tramp dekabr ayında keçiriləcək G20 sammiti nə Rusiya prezidenti Vladimir Putini dəvət etmək niyyətindədir. Bu barədə The Washington Post (WP) ABŞ Dövlət Departamenti ndəki mənbələrə istinadən məlumat verib. “Hazırda heç bir rəsmi dəvət göndərilməyib, lakin Rusiya G20 üzvüdür və nazirlər iclaslarına, eləcə də liderlər sammitinə dəvət olunacaq”, – yüksək vəzifəli administrasiya rəsmisi bildirib. Administrasiya rəsmilərinin sözlərinə görə, Tramp “aydın şəkildə bildirib ki, ABŞ uğurlu və məhsuldar sammit keçirməyə fokuslandığı üçün Rusiya bütün G20 iclaslarında iştirak etməyə dəvətlidir”. Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Birləşmiş Millətlər Təşkilatı nın qərargahında jurnalistlərə bildirmişdi ki, Rusiya dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri ndə keçiriləcək G20 sammiti ndə ən yüksək səviyyədə iştirak etməyə dəvət olunub. Pankin G20 sammiti ndə Rusiyanı kimin təmsil edəcəyi ilə bağlı suala cavab olaraq bildirib ki, bu məsələyə tədbirin tarixinə yaxın aydınlıq gələcək.