OpenAI GPT-5.5 modelini təqdim edib Texnologiya xəbərləri 24/04/2026 Paylaş FacebookXWhatsAppTelegram OpenAI GPT-5.5 modelini təqdim edib. Şirkətdən verilən məlumata görə, yeni model istifadəçinin nə etmək istədiyini daha sürətli anlayır və daha çox işi müstəqil şəkildə yerinə yetirə bilir. GPT-5.5 kod yazma və səhvləri aradan qaldırma, onlayn məlumat axtarışı, məlumatların analizi, sənədlər və cədvəllər yaratma, həmçinin tapşırıq tamamlanana qədər alətlər arasında keçid etmə sahələrində “əla” nəticələr göstərir. OpenAI qeyd edir ki, xüsusilə agent əsaslı kodlaşdırma, kompüterdən istifadə, intellektual iş və ilkin elmi tədqiqatlar üzrə bacarıqlar xeyli yaxşılaşıb. Model təkcə “daha ağıllı” deyil, həm də tapşırıqları daha səmərəli həll edir — daha az token və cəhdlə daha keyfiyyətli nəticə göstərir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə ChatGPT-də GPT-5.5 Thinking mürəkkəb sorğulara daha sürətli cavab verir və daha düşünülmüş, lakonik nəticələr təqdim edir. GPT-5.5 Pro istifadəçiləri süni intellektin verdiyi cavabları GPT-5.4 Pro ilə müqayisədə daha dolğun, yaxşı strukturlaşdırılmış, dəqiq, uyğun və faydalı adlandırıblar. Bu xüsusilə biznes, hüquq, təhsil və məlumat analizi mövzularında özünü göstərir. GPT-5.5 modeli ChatGPT və Codex-də Plus, Pro, Business və Enterprise abunəçiləri üçün əlçatandır. Modelin API-yə əlavə olunması yaxın zamanda gözlənilir. GPT-5.5 üçün qiymətlər aşağıdakı kimidir: 1 milyon giriş tokeni üçün 5 dollar, çıxış tokeni üçün 30 dollar, kontekst pəncərə üçün isə 1 milyon token. GPT-5.5 Pro-nun qiyməti isə müvafiq olaraq 30 və 180 dollar təşkil edir. TaglarGPT-5.5OpenAI Son xəbərlər Qeyri-bank kredit təşkilatları “Caspian Finance Bank Olmayan Kredit Təşkilatı” kapitalından 5 milyon manat geri götürdü 24/04/2026 Ölkə xarici İranın blokadası başlayandan bəri 33 gəmi ələ keçirilib 24/04/2026 Avto xəbərlər Azərbaycanın Çindən aldığı lity-ion akkumulyatorlarına çəkilən xərci kəskin artıb 24/04/2026 Sığorta xəbərləri “PAŞA Həyat Sığorta” səhmdarlarına dividend ödəyəcək 24/04/2026 Digər xəbərlər Qeyri-bank kredit təşkilatları “Caspian Finance Bank Olmayan Kredit Təşkilatı” kapitalından 5 milyon manat geri götürdü 24/04/2026 Ölkə xarici İranın blokadası başlayandan bəri 33 gəmi ələ keçirilib 24/04/2026 Avto xəbərlər Azərbaycanın Çindən aldığı lity-ion akkumulyatorlarına çəkilən xərci kəskin artıb 24/04/2026 Sığorta xəbərləri “PAŞA Həyat Sığorta” səhmdarlarına dividend ödəyəcək 24/04/2026