“Meta” 8 min işçini ixtisar edir Xarici biznes xəbərləri 24/04/2026 Paylaş FacebookXWhatsAppTelegram “Meta” şirkətinin ixtisarlar planlaşdırdığı barədə 2026-cı ilin aprel ayının ortalarında “Reuters” yazmışdı. İndi isə CNBC və “Bloomberg” qeyd edir ki, əməkdaşlar bununla bağlı rəsmi bildirişlər almağa başlayıblar. Şirkət bu addımı effektivliyi artırmaq istəyi və investisiya planlarını yerinə yetirmək zərurəti ilə izah edib. İxtisarların hansı şöbələri əhatə edəcəyi və yeni işçilərin işə götürülməsinin dayandırılması ilə bağlı qərarın detalları hələ açıqlanmayıb. İxtisar bildirişləri 20 may 2026-cı ildə göndəriləcək. İşdən çıxarılan əməkdaşlara kompensasiya ödəniləcək.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 2026-cı ilin əvvəlinə şirkətdə təxminən 79 min nəfər çalışırdı. Yanvar ayında KİV mənbələri bildirmişdi ki, “Meta” metavers və digər VR layihələri üzərində çalışan təxminən 1000 əməkdaşı ixtisar edib. Mart ayında isə CNBC öz mənbələrinə istinadən “Facebook” daxil olmaqla bir neçə bölmədə yüzlərlə əməkdaşın işdən çıxarıldığını yazmışdı. 2025-ci ilin yekunlarına görə “Meta” şirkətinin xalis mənfəəti 2024-cü illə müqayisədə 3% azalaraq 62,3 milyard dollardan 60,4 milyard dollara düşüb. Şirkət 2026-cı ilin birinci rübü üzrə hesabatını 29 aprel tarixində açıqlayacaq. Xəbərlərin fonunda səhmlər 2,5% ucuzlaşıb və dünən Bakı vaxtı ilə saat 23:00-da bir səhm üçün 657,7 dollar səviyyəsində ticarət olunub. TaglarMeta Son xəbərlər Qeyri-bank kredit təşkilatları “Caspian Finance Bank Olmayan Kredit Təşkilatı” kapitalından 5 milyon manat geri götürdü 24/04/2026 Ölkə xarici İranın blokadası başlayandan bəri 33 gəmi ələ keçirilib 24/04/2026 Avto xəbərlər Azərbaycanın Çindən aldığı lity-ion akkumulyatorlarına çəkilən xərci kəskin artıb 24/04/2026 Sığorta xəbərləri “PAŞA Həyat Sığorta” səhmdarlarına dividend ödəyəcək 24/04/2026 Digər xəbərlər Qeyri-bank kredit təşkilatları “Caspian Finance Bank Olmayan Kredit Təşkilatı” kapitalından 5 milyon manat geri götürdü 24/04/2026 Ölkə xarici İranın blokadası başlayandan bəri 33 gəmi ələ keçirilib 24/04/2026 Avto xəbərlər Azərbaycanın Çindən aldığı lity-ion akkumulyatorlarına çəkilən xərci kəskin artıb 24/04/2026 Sığorta xəbərləri “PAŞA Həyat Sığorta” səhmdarlarına dividend ödəyəcək 24/04/2026