Azərbaycana məxsus 5 gəmi Aİ-nin sanksiya siyahısından çıxarılıb – FOTO Ümumi iqtisadi xəbərlər 24/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Avropa İttifaqı Şurasının 23 aprel 2026-cı il tarixli müvafiq qərarı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Zaqatala” gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” gəmilərinə tətbiq edilmiş sanksiyalar ləğv olunub. Qərara əsasən, sözügedən gəmilər Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb. ASCO-dan verilən məlumata görə, məsələnin müsbət həlli Azərbaycan Respublikası Prezident Administrasiyası, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AZCON Holding şirkətlərindən olan ASCO, eləcə də SOCAR tərəfindən koordinasiyalı şəkildə həyata keçirilmiş diplomatik və hüquqi fəaliyyət nəticəsində mümkün olub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd edək ki, sözügedən gəmilər çarter müqavilələri əsasında üçüncü tərəflərə uzunmüddətli icarəyə verilmiş, onların istismarı isə beynəlxalq qaydalara, o cümlədən beynəlxalq sanksiya tələblərinə tam uyğun şəkildə həyata keçirilmişdi. Qəbul olunmuş qərar beynəlxalq hüquq normalarına əsaslanan obyektiv yanaşmanın və konstruktiv dialoqun nəticəsi kimi qiymətləndirilir. ASCO gəmiçilik sahəsində beynəlxalq fəaliyyət göstərən dövlət şirkəti kimi bundan sonra da fəaliyyətini ölkə qanunvericiliyinə, beynəlxalq hüquq normalarına və beynəlxalq sanksiya rejimlərinə ciddi riayət etməklə davam etdirəcək. Son xəbərlər Ölkə xarici İran dost ölkələrə Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib — Bu ölkələr hansılardır? 24/04/2026 Sığorta xəbərləri “PAŞA Həyat” 2026-cı ilin ilk rübündə 15 mln. manat xalis mənfəət əldə edib 24/04/2026 Nəqliyyat Bakı metrosu: Son insidentlə bağlı texniki araşdırma rəhbər heyətinin birbaşa iştirakı ilə aparılır 24/04/2026 Ölkə daxili Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib 24/04/2026 Digər xəbərlər Ölkə xarici İran dost ölkələrə Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib — Bu ölkələr hansılardır? 24/04/2026 Sığorta xəbərləri “PAŞA Həyat” 2026-cı ilin ilk rübündə 15 mln. manat xalis mənfəət əldə edib 24/04/2026 Nəqliyyat Bakı metrosu: Son insidentlə bağlı texniki araşdırma rəhbər heyətinin birbaşa iştirakı ilə aparılır 24/04/2026 Ölkə daxili Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib 24/04/2026