Bakı metrosu: Son insidentlə bağlı texniki araşdırma rəhbər heyətinin birbaşa iştirakı ilə aparılır Nəqliyyat 24/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Aprelin 21-də “Bakı Metropoliteni” QSC-də baş vermis hadisə ilə bağlı texniki araşdırmanı səhmdar cəmiyyətinin bütün rəhbər heyətinin birbaşa iştirakı ilə mühəndis-mütəxəssisləri aparır. Bu barədə metropolitendən bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata görə, əsas məsələ texniki araşdırmanın düzgün qiymətləndirilməklə obyektiv aparılmasını təmin etmək, doğru qərarların verilərək, həm bu hadisənin təkrarlanmaması, həm də hazırda icra olunan texniki işlərin dəqiqliklə başa çatdırılmasıdır. Yeniliklərlə bağlı ictimaiyyətə məlumat veriləcək. Xatırladaq ki, aprelin 21-də saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilib. Bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb. Metronun bütün stansiyalarında girişə müvəqqəti məhdudiyyət tətbiq edilib. Son xəbərlər Ölkə xarici İran dost ölkələrə Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib — Bu ölkələr hansılardır? 24/04/2026 Sığorta xəbərləri “PAŞA Həyat” 2026-cı ilin ilk rübündə 15 mln. manat xalis mənfəət əldə edib 24/04/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycana məxsus 5 gəmi Aİ-nin sanksiya siyahısından çıxarılıb – FOTO 24/04/2026 Ölkə daxili Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib 24/04/2026 Digər xəbərlər Ölkə xarici İran dost ölkələrə Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib — Bu ölkələr hansılardır? 24/04/2026 Sığorta xəbərləri “PAŞA Həyat” 2026-cı ilin ilk rübündə 15 mln. manat xalis mənfəət əldə edib 24/04/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycana məxsus 5 gəmi Aİ-nin sanksiya siyahısından çıxarılıb – FOTO 24/04/2026 Ölkə daxili Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib 24/04/2026