Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb Yerli biznes xəbərləri 24/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ®“AzerGold” QSC tərəfindən yerli və beynəlxalq qanunvericiliyə, ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf prinsiplərinə uyğun olaraq Daşkəsən rayonunun Çovdar kəndinin yaxınlığında yerləşən emal kompleksində rekultivasiya işlərinə başlanılıb. Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) yerləşən, hazırda istismara yararsız olan və ümumilikdə 88 hektarı əhatə edən boş süxur anbarının 15 hektarlıq hissəsində artıq münbit torpaq qatı bərpa edilib, yamacbərkitmə işləri həyata keçirilib. Növbəti mərhələdə bioloji rekultivasiya tədbirləri çərçivəsində əraziyə 300 kiloqram yonca toxumu səpilib. Görülən işlər torpaq strukturunun yaxşılaşdırılmasına və ekosistemin mərhələli şəkildə bərpasına xidmət edir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Rekultivasiya tədbirləri üzrə layihə planının növbəti mərhələləri çərçivəsində mədənin digər sahələrində hasilat nəticəsində münbitlik xüsusiyyətləri dəyişmiş torpaqların bərpası işlərinin davam etdirilməsi nəzərdə tutulur. Bu çərçivədə rekultivasiya tədbirləri mədən şirkətlərinin ekoloji məsuliyyətinin ayrılmaz hissəsi olmaqla, qanunvericilik və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir. Qeyd edək ki, “AzerGold” QSC ölkədə rekultivasiya işlərini həyata keçirən ilk dağ-mədən şirkətidir. Şirkət tərəfindən istismarı başa çatmış “Ağyoxuş-1” qızıl mədənində rekultivasiya işləri həyata keçirilib. TaglarAzerGold Son xəbərlər Ölkə xarici İran dost ölkələrə Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib — Bu ölkələr hansılardır? 24/04/2026 Sığorta xəbərləri “PAŞA Həyat” 2026-cı ilin ilk rübündə 15 mln. manat xalis mənfəət əldə edib 24/04/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycana məxsus 5 gəmi Aİ-nin sanksiya siyahısından çıxarılıb – FOTO 24/04/2026 Nəqliyyat Bakı metrosu: Son insidentlə bağlı texniki araşdırma rəhbər heyətinin birbaşa iştirakı ilə aparılır 24/04/2026 Digər xəbərlər Ölkə xarici İran dost ölkələrə Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib — Bu ölkələr hansılardır? 24/04/2026 Sığorta xəbərləri “PAŞA Həyat” 2026-cı ilin ilk rübündə 15 mln. manat xalis mənfəət əldə edib 24/04/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycana məxsus 5 gəmi Aİ-nin sanksiya siyahısından çıxarılıb – FOTO 24/04/2026 Nəqliyyat Bakı metrosu: Son insidentlə bağlı texniki araşdırma rəhbər heyətinin birbaşa iştirakı ilə aparılır 24/04/2026