Bakıda 3 əsas ünvanda təmir işləri başlayır – hərəkət məhdudlaşdırılacaq Ölkə daxili 24/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün həftəsonu daha 3 ünvanda təmir işləri aparacaq. Banker.az Agentliyə istinadən xəbər verir ki, təmir aşağıdakı ünvanları əhatə edəcək:⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 1. Səməd Vurğun küçəsi (Salatın Əsgərova – Füzuli küçələri arası) 2. Rəşid Behbudov küçəsi (28 May – Şəmsi Bədəlbəyli küçələri arası) 3. Heydər Əliyev prospektinin əsas və yan yolu (Müzəffər Nərimanov – Ələsgər Qayıbov küçələri arası, şəhər istiqamətində) Təmir işlərinə bu gün saat 23:00-da başlanılacaq və 26 aprel saat 07:00-a qədər yekunlaşdırılması planlaşdırılır. Rəşid Behbudov küçəsində hazırlıq işlərinə daha erkən başlanılacaq. Asfalt-beton örtüyünün yenilənməsi çərçivəsində qeyd olunan ünvanlarda işlərin mərhələlərinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və tam məhdudlaşdırılacaq. “Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddətdə həmin ərazilərdə sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər”, – deyə agentlik bəyan edib. Son xəbərlər Nəqliyyat Culfa və Babək yollarına 19 milyon manat ayrıldı 24/04/2026 Sığorta xəbərləri “Qala Sığorta”da biznes aktivliyi zəifləyir – Mənfəət 35% azalıb, sığorta yığımları kəskin düşüb 24/04/2026 Energetika Sinqapur Yaxın Şərqdəki fasilələr fonunda Rusiya mazutuna keçir 24/04/2026 İnsan Resursları (HR) Ümumi qazan paradoksu: niyə adam çoxaldıqca birgə işləmək çətinləşir 24/04/2026 Digər xəbərlər Nəqliyyat Culfa və Babək yollarına 19 milyon manat ayrıldı 24/04/2026 Sığorta xəbərləri “Qala Sığorta”da biznes aktivliyi zəifləyir – Mənfəət 35% azalıb, sığorta yığımları kəskin düşüb 24/04/2026 Energetika Sinqapur Yaxın Şərqdəki fasilələr fonunda Rusiya mazutuna keçir 24/04/2026 İnsan Resursları (HR) Ümumi qazan paradoksu: niyə adam çoxaldıqca birgə işləmək çətinləşir 24/04/2026