Bu şəxslərə 2 750 manat birdəfəlik maddi yardım veriləcək Ölkə daxili 24/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. Banker xəbər verir ki, sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 750 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bununla bağlı Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılacaq. Son xəbərlər Xarici biznes xəbərləri “Microsoft” 9 min işçiyə könüllü şəkildə təqaüdə çıxmağı təklif edib 24/04/2026 Menecment Samir Şərifova daha bir vəzifə verildi 24/04/2026 Ümumi iqtisadi xəbərlər Prezident Ələt azad iqtisadi zonası ilə bağlı sərəncam imzalayıb 24/04/2026 Sığorta xəbərləri “Qala Sığorta” 67 min manata Milli Depozit Mərkəzinin əməkdaşlarını sığortalayacaq 24/04/2026 Digər xəbərlər Xarici biznes xəbərləri “Microsoft” 9 min işçiyə könüllü şəkildə təqaüdə çıxmağı təklif edib 24/04/2026 Menecment Samir Şərifova daha bir vəzifə verildi 24/04/2026 Ümumi iqtisadi xəbərlər Prezident Ələt azad iqtisadi zonası ilə bağlı sərəncam imzalayıb 24/04/2026 Sığorta xəbərləri “Qala Sığorta” 67 min manata Milli Depozit Mərkəzinin əməkdaşlarını sığortalayacaq 24/04/2026