“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb FinTex 24/04/2026 Paylaş FacebookXWhatsAppTelegram 2025-ci il ərzində “BirKart” BOKT “Competo” MMC-yə yatırımlarını artırıb. İl ərzində şirkətə əlavə 10.5 milyon manat investisiya yönəldilib və bununla da ümumi investisiya portfeli 96.496 milyon manata çatıb. Banker.az xəbər verir ki, 2024-cü ilin sonunda bu göstərici 85.996 milyon manat idi.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Eyni dövrdə “PashaPay” MMC də “Competo”nun kapitalına daxil olub. Şirkət 45.845 milyon manat məbləğində vəsait yatıraraq nizamnamə kapitalının artırılmasında iştirak edib. Bu əməliyyatlar nəticəsində “Competo” MMC-nin nizamnamə kapitalı bir il ərzində 122.038 milyon manatdan 178.384 milyon manata yüksəlib. Kapital artımı səhmdar strukturuna da təsirsiz ötüşməyib. “BirKart” BOKT-nin payı 70.47%-dən 54.09%-ə enib. “PashaPay” MMC isə əvvəlki ildə paya malik olmadığı halda, 2025-ci ilin sonuna şirkətdə 25.70% pay əldə edib. Beləliklə, “Kapital Bank” ASC-nin “BirKart” və “PashaPay” vasitəsilə “Competo” MMC-də ümumi payı 2025-ci ilin sonuna 79.79% təşkil edib. Son xəbərlər Texnologiya xəbərləri “Instagram” yeni “Instans” tətbiqini istifadəyə verib — Burada paylaşımlar 24 saat sonra silinir 24/04/2026 Xarici biznes xəbərləri “Microsoft” 9 min işçiyə könüllü şəkildə təqaüdə çıxmağı təklif edib 24/04/2026 Menecment Samir Şərifova daha bir vəzifə verildi 24/04/2026 Ölkə daxili Bu şəxslərə 2 750 manat birdəfəlik maddi yardım veriləcək 24/04/2026 Digər xəbərlər Texnologiya xəbərləri “Instagram” yeni “Instans” tətbiqini istifadəyə verib — Burada paylaşımlar 24 saat sonra silinir 24/04/2026 Xarici biznes xəbərləri “Microsoft” 9 min işçiyə könüllü şəkildə təqaüdə çıxmağı təklif edib 24/04/2026 Menecment Samir Şərifova daha bir vəzifə verildi 24/04/2026 Ölkə daxili Bu şəxslərə 2 750 manat birdəfəlik maddi yardım veriləcək 24/04/2026