Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib Bank xəbərləri 24/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Bank Respublika “Sahibkarlar günü” münasibətilə biznes sahibləri üçün 10 məhsul və xidmət üzrə xüsusi güzəştlər təqdim edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə 25 aprel tarixi artıq 10 ildir ki, ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd olunur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Ölkəmizdə sahibkarlığın inkişafına davamlı dəstək göstərən Bank Respublika, bu münasibətlə “Sahibkarlara 10 fürsət” adlı kampaniyaya start verdiyini elan edib. Kampaniya çərçivəsində banka müraciət edən kiçik və orta biznes nümayəndələri, o cümlədən fərdi sahibkarlar 10 bank məhsul və xidməti üzrə xüsusi imtiyazlar əldə edərək, biznes fəaliyyəti üçün zəruri olan xidmətlərdən əlavə xərc olmadan yararlanmaq və əsasən hesablaşma-kassa əməliyyatlarını ödənişsiz həyata keçirmək imkanı qazanacaqlar. Bu çərçivədə sahibkarlara təqdim olunur: Hesabın açılması – pulsuz; Valyuta mübadiləsi üzrə komissiya – pulsuz; Əmək haqqı kartları (5 illik) – pulsuz; Biznes kart standart(1 illik) – pulsuz; İnternet Bank Xidməti – pulsuz; Mobil POS – pulsuz; Bankdaxili köçürmələr – pulsuz; Çek kitabçasının verilməsi- pulsuz; Əmək haqqı kartlarına köçürmələr- 50% Endirim; Yaşıl investisiyalara verilən kreditlərə 15%-dək keşbek imkanı. Bankdan bildirilib ki, kampaniyanın əsas məqsədi sahibkarların əməliyyat xərclərini azaltmaq, onların maliyyə alətlərinə çıxışını asanlaşdırmaq və bizneslərini daha sürətli inkişaf etdirmələrinə dəstək olmaqdır. Kampaniya 25.05.2026 tarixinə qədər davam edəcək. 📌 Daha ətraflı məlumat üçün: 🌐 Veb sayt: www.bankrespublika.az 📱 Sosial şəbəkələr: 🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn | 📨 Telegram 📞 Çağrı Mərkəzi: 144 TaglarBank Respublika Son xəbərlər Nəqliyyat Tehran aeroportu sabahdan İstanbul və Məsqətə uçuşları bərpa edəcək 24/04/2026 Ölkə xarici Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib 24/04/2026 Bank xəbərləri Yelo Bank-ın rəsmi bəyanatı 24/04/2026 Neft və Qaz Goldman Sachs: Fars körfəzi ölkələrindən neft tədarükü 57% azalıb 24/04/2026 Digər xəbərlər Nəqliyyat Tehran aeroportu sabahdan İstanbul və Məsqətə uçuşları bərpa edəcək 24/04/2026 Ölkə xarici Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib 24/04/2026 Bank xəbərləri Yelo Bank-ın rəsmi bəyanatı 24/04/2026 Neft və Qaz Goldman Sachs: Fars körfəzi ölkələrindən neft tədarükü 57% azalıb 24/04/2026